İyunun 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev – 100” instalyasiyasının, “Böyük insanın ömür anları” fotoalbomunun və “İz” sənədli filminin təqdimatlarında iştirak etdik.
Qardaş #Türkiyədə 🇹🇷 keçirilən prezident seçkilərində cənab Rəcəb Tayyib Ərdoğan və Cümhur ittifaqı tərəfindən qazanılan qələbə münasibətilə səmimi təbriklərimi çatdırıram.
Monteneqro Parlamentinin sədri xanım Daniyela Curoviç ilə görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi apardıq.
Ölkələrimiz və bütövlükdə ATƏT bölgəsi üçün həyati əhəmiyyət kəsb edən məsələləri müzakirə etmək üçün bir çox parlamentarinin bir araya gəlməsi təqdirəlayiqdir.
Bu gün Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda çıxış etdik
Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə birlikdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin açılış mərasimində iştirak etdik, Ümummilli Liderimizin misilsiz xidmətləri haqqında fikirlərimizi bölüşdük.
Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında təşkil edilmiş “Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində Heydər Əliyevin rolu” adlı sərgi ilə tanış olduq, Dumanın sədri Vyaçeslav Volodinlə görüşdük.
Moskva şəhərində TASS agentliyinin mənzil-qərargahında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olduq. Sərgidə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar nümayiş etdirilir.
Ərəb Parlamentinin sədri cənab Adel bin Abdul Rahman Əl-Asumi ilə növbəti dəfə görüşməkdən məmnunluq duyduq. Görüşdə Milli Məclislə Ərəb Parlamenti və təşkilata üzv dövlətlərin qanunvericilik orqanları arasında münasibətlərin daha da inkişafına dair fikir mübadiləsi apardıq.
Fransanın Azərbaycandakı səfiri Ann Buayonla görüşdə, qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirələr apardıq. Həmçinin, Azərbaycan ictimaiyyətinin bəzi Fransa rəsmilərinin və siyasətçilərinin qərəzli, təxribatçı bəyanatları haqqında ciddi narazılığını diqqətə çatdırdıq.
Böyük Britaniya və Şimali İrlandiya Kralı III Çarlzın tacqoyma mərasimində Türkiyə Cümhuriyyətinin vitse-prezidenti cənab Fuat Oktay, Qazaxıstan Parlamenti Məclisinin sədri cənab Yerlan Koşanov və Özbəkistan Baş nazirinin müavini cənab Cəmşid Kuçkarovla
Londondakı Westminster abbatlığında Böyük Britaniya və Şimali İrlandiya kralı III Çarlzın tacqoyma mərasimində Birləşmiş Krallığın xarici işlər naziri cənab James Cleverly ilə
Bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə dövlət naziri cənab Leo Dokerti ilə görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi apardıq.
TÜRKPA-nın 12-ci plenar iclasında təşkilata üzv dövlətlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsində parlamentlərimizin rolu, regionda baş verən proseslər, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri, Ermənistanın təxribatları barədə çıxış etdik.