Bu gün AzCoin komandası olaraq bilavasitə kapital bazarlarının və mülkiyyət arxitekturasının təməllərini yenidən formalaşdıran konseptual bir transformasiyaya yəni, qlobal maliyyənin gələcəyini müəyyən edən RWA, yəni Real Dünya Aktivlərinin tokenizasiyası prosesindən gedir.
Azərbaycanın ilk rəqəmsal valyutası "AzCoin"-nin yaranmasından 9 il ötür.
Doqquz il əvvəl milli intellektin məhsulu olaraq təməli qoyulan AzCoin, dövlətimizin rəqəmsal suverenlik strategiyasına xidmət edən strateji bir innovasiya aktıdır.
#AzCoin#ilkrəqəmsalvalyuta
İsrail şekelinə bağlı ilk steyblkoin təsdiqlənib.
Məlumata əsasən, tənzimləyici qurum "Bits of Gold" şirkətinə ciddi nəzarət altında steyblkoinin buraxılması və dövriyyəyə buraxılması üçün icazə verib.
#CBDC#israel#shekel#AzCoin
Mərhəmət, saflıq və xeyirxahlıq kimi ali dəyərləri ifadə edən Ramazan bayramınızı təbrik edirik. Allah bütün oruc və dualarınızı qəbul etsin.
#AzCoin#eidmubarak#ramazan#ramadan#eidalfitr
Azərbaycan Respublikası üzrə insidentlərin effektiv və koordinasiyalı cavablandırılması üçün vahid kibertəhlükəsizlik platformasının yaradılması 2026-cı ilin dekabr ayında başa çatdırılacaq.
Prezident İlham Əliyevin təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda Dövlət xidmətləri süni intellekt (Sİ) əsaslı təşkil ediləcəyi öz əksini tapıb.
zərbaycanda dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması və "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatdırılacaq.
Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib.
https://t.co/ba4IEf0kqL
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin fərmanı ilə Rəqəmsal İnkişaf Şurası yaradıldı. Bu addım ölkəmizdə elektron hökumət, süni intellekt və innovasiyaların vahid mərkəzdən koordinasiya edilməsi üçün strateji əhəmiyyət kəsb edir.
Azərbaycanın Yeni Rəqəmsal Arxitekturası Qurulur!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə ölkəmizin rəqəmsal gələcəyini şərtləndirən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş mühüm müşavirə keçirilib.
Azərbaycanın Rəqəmsal Gələcəyinə Baxış
AzCoin layihəsinin onillik təcrübəsi və mütəxəssis bazası, bu keçidin fundamental texnoloji-maliyyə səviyyəsində həyata keçirilməsi üçün böyük potensial vəd edir.
#AzCoin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda çıxış və müsahibələrində müasir dünyanın dərin transformasiya mərhələsindən keçdiyini vurğulayaraq, dövlətlərin bu yeni mərhələyə innovativ və çevik yanaşmalarla uyğunlaşmasının vacibliyini qeyd edib.
📷 Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni iliniz mübarək, dəyərli dostlarımız! 📷
2026-ci il yeni ümidlər, hədəflər və uğurlarla dolu olsun! Yeni il - yeni imkanlar, qlobal yüksəliş və rəqəmsal tərəqqinin başlanğıcı olsun!
Bu gün Azərbaycan Respublikasının Prezidenti, vətənimizin və xalqımızın maraqlarının daim keşiyində duran Müzəffər Ali Baş Komandan #İlhamƏliyev-in doğum günüdür!
Doğum gününüz mübarək olsun, cənab Prezident! 🇦🇿🇦🇿🇦🇿
#AzCoin
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev maliyyə texnologiyaları sahəsinin inkişafına həsr olunmuş iclasda Milli Perspektiv Layihələr Agentliyinə (MAPL) və Mərkəzi Bankına steyblkoinlərin ödəniş vasitəsi kimi istifadəsinin təşkilini tapşırıb.
#stablecoin
Qırğızıstan hökuməti Binance ilə əməkdaşlıq çərçivəsində milli stabilkoin – #KGST və rəqəmsal som valyutasını rəsmi şəkildə istifadəyə verib 💰. Yeni token #BNB Chain üzərində işləyir və 1:1 nisbətində soma bağlıdır, bu isə onun dəyərinin sabit qalmasını təmin edir.