17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm.
Bu mühüm tarix xalqımızın azadlıq və müstəqillik arzusu ətrafında sıx birləşməsinin, milli həmrəyliyinin və sarsılmaz iradəsinin təcəssümüdür.
Milli Dirçəliş Günümüz Mübarək! 🇦🇿
17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının azadlıq və müstəqillik arzusu ətrafında birləşərək öz iradəsini bütün dünyaya nümayiş etdirdiyi tarixi gündür.
Bu əlamətdar gün münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, xalqımıza və ölkəmizə davamlı inkişaf, əmin-amanlıq və firavanlıq arzulayırıq.
Milli Dirçəliş Günümüz Mübarək! 🇦🇿
ENG: President of the Republic of Azerbaijan, H.E. Mr. Ilham Aliyev met with President of the Republic of Moldova, H.E. Madam Maia Sandu in Dublin
https://t.co/akXe6WIiD4
Bu gün – 12 Noyabr ölkəmizdə Konstitusiya Günü qeyd olunur.
Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, suverenliyimizin və hüquqi dövlətçilik ənənələrimizin əsasını təşkil edir.
Bu əlamətdar gün münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edir, dövlətimizə davamlı inkişaf, ölkəmizə əmin-amanlıq və rifah arzulayıram.
Konstitusiya Günümüz mübarək!
12 Noyabr – Konstitusiya Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirik!
Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, suverenliyimizin, hüquqi dövlətçilik prinsiplərinin və milli birliyimizin möhkəm təməlidir.
Bu əlamətdar gün münasibətilə hər bir vətəndaşımıza dövlətimizin daha da möhkəmlənməsi, ölkəmizin davamlı tərəqqisi və suverenliyimizin daim qorunması naminə uğurlar arzulayırıq.
Konstitusiya Günümüz mübarək!
Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür.
Dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyət Atatürkü dərin ehtiram və hörmətlə yad edirik.
#BirMillətİkiDövlət 🇦🇿🇹🇷
Üçrəngli bayrağımız xalqımızın azadlıq və müstəqillik ideallarının, milli birliyinin, tarixi irsinin və dövlətçilik ənənələrinin müqəddəs rəmzidir. Bu bayraq, eyni zamanda, xalqımızın keçdiyi şərəfli yolun, milli qürurunun və müstəqil dövlət quruculuğu əzminin təcəssümüdür.
Əminəm ki, dövlətimizin suverenliyinin və xalqımızın milli qürurunun rəmzi olan üçrəngli bayrağımız bundan sonra da Azərbaycanın hər bir guşəsində və beynəlxalq arenada daim yüksəklərdə dalğalanacaqdır.
Dövlət Bayrağı Günümüz mübarək!🇦🇿
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızın milli qürurunu, dövlətçiliyimizi və müstəqilliyimizi təcəssüm etdirən üçrəngli bayrağımıza sonsuz ehtiramımızı ifadə edirik.
Mavi, qırmızı və yaşıl rənglərində milli kimliyimizi, tarixi yaddaşımızı və mənəvi dəyərlərimizi yaşadan müqəddəs bayrağımız daim azad və müstəqil Azərbaycanın səmasında qürurla dalğalanacaqdır.
Dövlət Bayrağı Günümüz mübarək!🇦🇿
RO: Reportaj privind celebrarea Zilei Victoriei și a Zilei Drapelului de Stat al Republicii Azerbaidjan în Republica Moldova
ENG: Report on the Celebration of Victory Day and the Day of the State Flag of the Republic of Azerbaijan in the Republic of Moldova
✔Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə, dözümlülüyünüzə görə, bugünkü bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!
Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün!🇦🇿🇦🇿🇦🇿
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN
✔On this day, we do proudly celebrate Victory Day! We are immensely grateful to our President, our valiant soldiers, officers and war veterans! Our many thanks go to your feats of arms, bravery, courage and unwavering determination, which have enabled us to celebrate this holiday as a victorious nation!
I respectfully pay tribute to our heroic sons who gave their lives for the Motherland, and extend my sympathies to their relatives and loved ones! May peace and prosperity always reign in Azerbaijan!🇦🇿🇦🇿🇦🇿
With deep respect and love,
Yours MEHRIBAN
✔Сегодня мы с большой гордостью отмечаем День Победы! Наша благодарность Президенту, нашим отважным солдатам, офицерам и ветеранам безмерна! Спасибо вам за героизм, отвагу, мужество и стойкость! Спасибо за то, что сегодняшний день мы отмечаем как народ-победитель!
С уважением чту светлую память доблестных сынов нашего народа, героически погибших во имя Родины, желаю терпения их родным и близким! Пусть в Азербайджане всегда господствуют мир и благополучие!🇦🇿🇦🇿🇦🇿
С глубоким уважением и любовью,
Ваша MEHRİBAN
RO: Declarația Ministerului Afacerilor Externe al Republicii Azerbaidjan cu ocazia zilei de 8 noiembrie – Ziua Victoriei
ENG: Statement of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan on the occasion of 8 November – Victory Day
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə Bəyanatı
⬇️⬇️⬇️
https://t.co/CDnODDmDxj
Statement of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan on the occasion of 8 November – Victory Day
⬇️⬇️⬇️
https://t.co/gxFkMXJnlk
AZ: Kişineuda Zəfərimizin altıncı ildönümü qeyd edilib
RO: La Chișinău a fost marcată cea de-a șasea aniversare a Victoriei noastre.
ENG: The Sixth Anniversary of Our Victory Celebrated in Chisinau.
https://t.co/TTlkeyZA3f