26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin bütün hərbi qulluqçularını, veteranlarını və Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hər kəsi səmimi-qəlbdən təbrik edirik.
Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu ölkəmizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır.
Vətənə sədaqətlə xidmət edən hərbi qulluqçularımızın qəhrəmanlığı, peşəkarlığı və fədakarlığı xalqımızın qürur mənbəyidir.
Bu əlamətdar gün münasibətilə bütün hərbi qulluqçularımıza möhkəm cansağlığı, xidmətdə uğurlar və yeni nailiyyətlər arzulayır, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Bayramımız mübarək! 🇦🇿🇦🇿🇦🇿
On the occasion of the Independence Day of the Republic of Madagascar, we extend our heartfelt greetings to the Government and the people of Madagascar.
Happy National Day, Madagascar! 🇦🇿🇲🇬
@diplomatieMg
15 İyun – Milli Qurtuluş Günü münasibətilə müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında müstəsna rol oynamış Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirəm.
Ulu Öndərin müəyyən etdiyi dövlətçilik yolu bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycanın davamlı inkişafının, gücünün və beynəlxalq nüfuzunun əsasını təşkil edir.
Milli Qurtuluş Günümüz mübarək! 🇦🇿
Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olmuş, ölkəmizin müstəqilliyinin qorunması, sabitliyin bərqərar olunması və inkişaf yoluna qədəm qoyması ilə əlamətdar olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edirik!
Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təməlini qoymuşdur.
#MilliQurtuluşGünü münasibətilə xalqımıza sülh, rifah və tərəqqi arzulayırıq! 🇦🇿
Hal-hazırda Dubay şəhərində dünyanın ən hündür göydələni olan Bürc Xəlifə Azərbaycanın 🇦🇿 dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
Təşəkkür edirik BƏƏ!
Bayramınız mübarək!
#28May#Azerbaijan
Həmvətənlərimizi və bütün İslam aləmini müqəddəs Qurban Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Qurban Bayramı insanları xeyirxahlıq, mərhəmət, paylaşmaq və mənəvi kamillik kimi ali dəyərlər ətrafında birləşdirir. Bu əziz günlər həmrəyliyin, qarşılıqlı dəstəyin və ehtiyacı olanlara əl uzatmağın vacibliyini bir daha xatırladır.
Bu mübarək günlər hər bir ailəyə sevinc və bərəkət gətirsin, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi bəxş etsin.
Qurban Bayramınız mübarək! 🌙✨🇦🇿
Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı.
Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.
Allah rəhmət eləsin!