Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Dünya Bankının (DB) (@WorldBankGroup) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Abebe Aduqna və Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı ölkədəki cari makroiqtisadi vəziyyət, iqtisadi inkişaf perspektivləri, dayanıqlı maliyyənin təşviqi, maliyyələşmə imkanlarının genişləndirilməsi, eləcə də risk əsaslı nəzarət yanaşmasının tətbiqi ilə bağlı görülən işlər müzakirə edilib.
Bununla yanaşı, maliyyə sektorunun dayanıqlılığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslər, DB-nin prioritet istiqamətlər üzrə dəstək imkanları, həmçinin hər iki qurum arasında gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
#MərkəziBank
The Central Bank hosted a meeting with a delegation from S&P Global Ratings, including representatives responsible for financial services and sovereign ratings.
Discussions focused on the state of Azerbaijan’s banking sector and key developments, as well as the Central Bank’s efforts to strengthen prudential regulation, risk-based supervision and bank resolution frameworks. Participants also addressed financial stability and the Central Bank’s priorities for the next strategic period.
The meeting also covered Azerbaijan’s macroeconomic outlook, the impact of regional developments on the domestic economy and the transmission of monetary policy.
#CBAR
Mərkəzi Bankda ekspertlərlə növbəti məhsuldar görüşümüz baş tutdu.
Görüş çərçivəsində makroiqtisadi mühit və mövcud iqtisadi tendensiyalar, tənzimləmə və nəzarət çərçivələri, kreditləşmənin mövcud dinamikası, eləcə də mərkəzi bankçılıq gündəliyində yer alan digər mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq.
Dəyərli fikirlərini, təcrübə və təkliflərini bölüşən bütün ekspertlərə təşəkkürümü bildirirəm.
İnanıram ki, bu kimi görüşlər fərqli və peşəkar baxışların müzakirəsinə imkan yaratmaqla qarşılıqlı etimadın möhkəmlənməsinə və konstruktiv dialoqun inkişafına mühüm töhfə verir.
@Merkezi_Bank_AZ
29 oktyabr tarixində Mərkəzi Bankda İdarə Heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı qərarının açıqlanmasına həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfrasında Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən inflyasiya mühiti və proqnozları, iqtisadi artım, tədiyə balansı və monetar şərait barədə məlumatlar təqdim olunub. Sual-cavab sessiyası zamanı makroiqtisadi göstəricilər, pul siyasəti, həmçinin maliyyə sektoru üzrə aktual mövzularla bağlı media nümayəndələri tərəfindən səsləndirilən məsələlərə aydınlıq gətirilib.
Mətbuat konfransını bu link vasitəsilə izləmək mümkündür: https://t.co/AavpITTz4G
#MərkəziBank
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib.
İclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri, Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məsul şəxsləri iştirak edib.
İclasda işçi qrupunun 2026-cı il üzrə təsdiq olunmuş fəaliyyət planının icrası istiqamətində həyata keçirilmiş tədbirlərə dair hesabatlar dinlənilib. Hesabatlar büdcə şəffaflığı, dövlət borcunun dayanıqlılığı, dövlətin tənzimləmə yükü, monetar azadlıq, qlobal innovasiyalar, inflyasiya, tənzimləmənin keyfiyyəti və investisiya mühiti üzrə göstəricilərin yaxşılaşdırılması, habelə təbii resursların səmərəli idarə olunması istiqamətləri üzrə işləri əhatə edib. Qeyd olunan istiqamətlər üzrə həyata keçirilə biləcək əlavə tədbirlərə dair təkliflər ətrafında müzakirələr aparılıb.
İclasda Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev İşçi qrupunun növbəti il üçün fəaliyyət planının hazırlanması zamanı nəzərə alınmalı amillər barədə fikirlərini bölüşüb.
İşçi qrupunun rəhbəri, Mərkəzi Bankın baş direktoru Azər Ələsgərov müzakirələri yekunlaşdıraraq fəaliyyət planı üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının ardıcıl şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.
#MərkəziBank
Mərkəzi Bankın sədri @TalehKazimov_T dünyanın nüfuzlu maliyyə nəşrlərindən hesab olunan “Global Finance” jurnalına müsahibə verib.
Taleh Kazımov müsahibədə qlobal iqtisadi risklər fonunda Azərbaycanın makroiqtisadi dayanıqlılığı, pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi, maliyyə sektorunda aparılan islahatlar və iqtisadiyyatın şaxələndirilməsi mövzularından bəhs edib.
O, həmçinin “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icra prosesi barədə məlumat verib.
Müsahibə ilə tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:
https://t.co/0or8GJr4QW
https://t.co/bTyUJmFblz
#MərkəziBank
Mərkəzi Bank 2026-cı ilin III rübü üzrə ev təsərrüfatlarının istehlak və yığım davranışları, onların borc yükü və borca xidmətə dair məlumatları toplamaq üçün “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunu keçirir.
Sorğu vasitəsilə ev təsərrüfatlarının istehlak və yığım davranışları, borc yükü və ona xidmət imkanları, inflyasiya gözləntiləri və onlara təsir göstərən amillər barədə məlumatlar toplanılır. Bu məlumatlar bir sıra makroiqtisadi və maliyyə göstəricilərinin təhlili və proqnozlaşdırılması, habelə pul və maliyyə sabitliyi siyasətləri üzrə qərarların verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sorğu geniş respondent kütləsinin əhatə edilməsi məqsədilə 2025-ci ildən etibarən Mərkəzi Bankın rəsmi internet səhifəsində rəqəmsal formatda keçirilir. Sorğu rübdə bir dəfə olmaqla il ərzində 4 dəfə keçirilir.
Mərkəzi Bank bütün əhali qruplarını sorğuda fəal iştirak etməyə dəvət edir.
Sorğuya aşağıdakı keçid vasitəsilə daxil olmaq mümkündür:
https://t.co/s10iJEuZqv
Sorğuda iştiraka dair izahedici videoçarx:
https://t.co/mCsa8bKK8Q
#MərkəziBank
Mərkəzi Bankın baş direktoru Tərlan Rəsulov İslam İnkişaf Bankı (İİB) Qrupunun (@isdb_group) qiymətləndirmə missiyasının Azərbaycana səfəri çərçivəsində İİB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanın makroiqtisadi vəziyyəti, maliyyə sektorunda həyata keçirilən islahatlar və maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub. Tərəflər həmçinin Azərbaycanda islam maliyyəsinin inkişafı ilə bağlı həyata keçirilən təşəbbüsləri və bu sahədə mövcud imkanları nəzərdən keçiriblər.
Görüş zamanı Azərbaycan Respublikası ilə İİB arasında 2027-2031-ci illər üzrə Tərəfdaşlıq Strategiyasının hazırlanması çərçivəsində Mərkəzi Bankla gələcək əməkdaşlıq perspektivləri və birgə təşəbbüslərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
#MərkəziBank
Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Asiya İnkişaf Bankının (AİB) (@ADB_HQ) Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkədəki makroiqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar, Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına AİB-in dəstək imkanları, o cümlədən yaşıl maliyyənin və kapital bazarlarının inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Bununla yanaşı, AİB-in Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının əsas istiqamətləri, Mərkəzi Bank ilə AİB arasında əməkdaşlığın inkişaf perspektivləri və gələcək texniki yardım layihələri müzakirə olunub.
#MərkəziBank
- Ölkənin strateji valyuta ehtiyatları nədir?
- Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi nə qədərdir?
Bu və digər sualların cavabını videoçarxda təqdim edirik.
#MərkəziBank
Avqust ayının 15-də Azərbaycan Respublikasının milli valyutası – manat dövriyyəyə buraxılıb. 34 il ərzində manat yalnız ödəniş vasitəsi kimi deyil, eləcə də ölkəmizin müstəqilliyinin, iqtisadi suverenliyinin və milli dövlətçiliyinin əsas rəmzlərindən birinə çevrilib.
#MərkəziBank #manat
Asiya İnkişaf Bankının təşkilatçılığı ilə Sinqapurda 11-12 avqust 2026-cı il tarixlərində “Asiya və Sakit Okean Regionunda pul siyasəti mövqeyinin qiymətləndirilməsi” mövzusunda beynəlxalq toplantı keçirilib. Toplantıda pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi və monetar şəraitin qiymətləndirilməsi üzrə ölkə təcrübələri müzakirə edilib.
Tədbirdə Azərbaycanı Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov və Tədqiqatlar departamentinin aparıcı iqtisadçısı Elmir Muxtarov təmsil ediblər.
Azər Ələsgərov “Azərbaycanda pul siyasəti çərçivəsi” mövzusunda təqdimatla çıxış edərək son illər ölkədə pul siyasətinin ötürücülüyündə faiz kanalının gücləndirilməsi istiqamətində görülən işlər və onların nəticələri barədə məlumat verib. Elmir Muxtarov isə “Proqnozlaşdırma və monetar şəraitin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edərək Azərbaycan Mərkəzi Bankında tətbiq olunan proqnozlaşdırma metodları, analitik dərinliyin artırılması istiqamətində görülmüş işlər və monetar şəraitin qiymətləndirilməsi üsullarından bəhs edib.
#MərkəziBank
Mərkəzi Bankın Pul siyasəti icmalının növbəti buraxılışı saytda açıqlanıb. Videoçarx Pul siyasəti icmalının qısa xülasəsidir.
İcmalla bağlı daha ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz:
https://t.co/HBI2bfmCvS
#MərkəziBank#pulsiyasəti
Azərbaycan Respublikası Mərkəzi Bankında faiz dəhlizinin parametrlərinə dair keçirilmiş mətbuat konfransının əsas məqamlarını əks etdirən qısa videoçarxı diqqətinizə təqdim edirik.
#MərkəziBank
Mərkəzi Bankın sədri @TalehKazimov_T ekspertlərlə görüşüb.
Görüş çərçivəsində ölkədə müşahidə olunan son makroiqtisadi meyillər, monetar şərait, inflyasiya dinamikası, kredit bazarında vəziyyət, eləcə də maliyyə sektorunun gündəmində olan digər aktual mövzular ətrafında konstruktiv müzakirələr aparılıb.
#MərkəziBank
31 iyul tarixində keçiriləcək mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən inflyasiya mühiti və proqnozları, iqtisadi artım, tədiyə balansı və monetar şərait barədə məlumatlar təqdim olunacaq. Sual-cavab sessiyası zamanı media nümayəndələrinin sualları cavablandırılacaq.
Mətbuat konfransını Mərkəzi Bankın rəsmi veb-saytı (https://t.co/aome4B4Vej), "Youtube" kanalı (https://t.co/4Fq74E3R71) və “Facebook” hesabı (https://t.co/L08EAvxMoY) üzərindən canlı izləmək mümkündür.
#MərkəziBank
Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkədəki makroiqtisadi mühit, bank sektorunun inkişaf meyilləri və perspektivləri, həmçinin BVF missiyası çərçivəsində aparılan qiymətləndirmə nəticələri müzakirə olunub.
Bununla yanaşı, BVF ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən və gələcək dövr üçün nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
#MərkəziBank