Mən bir yüksəlişin sevdasındayam
Siniflər döyüşü dünyasındayam.
İnsanı, zəhməti qiymətləndirən
Yaxşı adamların sırasındayam.
Mən gəncəm, bilirəm, istiqbalım var
Hələ bədr olmamış bir hilalım var,
Yelkənim açılır, qara yel, əsmə!
Mənim bu dəryada bir sandalım var.
#MikayılMüşfiq
@Muhamme08748765 @PtrsuPtr1@OrtaAsyaDunyasi Önəmli deyil
Atatürk ve Rəsulzadə iki qardaş dövletin qurucularıdır 🇹🇷 🇦🇿 Hər ikisini sevgi və sayğıyla anırıq.
@Muhamme08748765 @PtrsuPtr1@OrtaAsyaDunyasi Düzgün oxusaydınız bari, dindən danışmadım ki mən.
Rəsulzadə dedim , Məhəmməd Əmin Rəsulzadə ! Dovlətimizin Qurucusu.
Adını ilk dəfə duyacaqsınız anlaşılan. Yoxsa Resulullah deye alqılamazdınız.
Koramaltək sürünməkdə denən varmı bir məna?
Nə vaxtacan çörək üçün girək hər alçaq dona?
Mən Türk övladıyam, dərin əqlim, zəkam var,
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?
Nəqədər ki, hakimlik var, məhkumluq var mən varam!
Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram!
🇦🇿
Cümhuriyyətimizin ilk Şəhidi #ƏhmədCavad
Ruhu şad olsun 🥀
Mən bir qulam, yük altında əzilmişəm,
Qardaşım
Sevinc bilməz bir məhkumam, ahu-zardır sirdaşım
Damğa vurub, zincirləyib tullamışlar zindana,
Qarlı buzlu cəhənnəmlər məskən olmuşdur mana...
Mən bir qulam, yerim altun, suyum gümüş, özüm ac
Atam məhkum, anam sail, elim hər şeyə möhtac!
Dil yaranıb danışmağa mən danışa bilmirəm,
Aç qəlbimi, yar sinəmi ciyər vərəmdir, vərəm...