Müqəddəs Qurban bayramı ərəfəsində #AzerGold QSC, Daşkəsən və Göygöl rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında yaşayan 500-ə yaxın ailəyə bayram sovqatları təqdim edərək sosial yardım aksiyası keçirib.
Ətraflı: https://t.co/gGN2ibc9wY
Mayın 20-də Azərbaycan Respublikası və Esvatini krallığı arasında dağ-mədən sənayesinin inkişafını təşviq edəcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Ətraflı məlumat üçün: https://t.co/DaetGGRwd1
#AzerGold#EsvatiniKrallığı#BeynəlxalqƏməkdaşlıq#DağMədənSənayesi
Mayın 20-də ölkəmizdə səfərdə olan Esvati Kralı Əlahəzrət III Msvatini ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında görüş keçirilib.
Ətraflı məlumat üçün: https://t.co/TMk4RuBlAR
#AzerGold#EsvatiniKrallığı#BeynəlxalqƏməkdaşlıq#DağMədənSənayesi
2-3 may 2026-cı il tarixlərində İçərişəhərdə keçirilən Beynəlxalq Xalça Festivalı çərçivəsində “AzerGold” QSC xalça konsepsiyalı sərgi stendi ilə təmsil olunub.
Ətraflı məlumat üçün: https://t.co/avbMlG2tWK
#AzerGold#Azərxalça#BeynəlxalqXalçaFestivalı
💼Son 10 ildə dağ-mədən sahəsində uğurlu fəaliyyəti ilə seçilən #AzerGold dövlət büdcəsinə 281 milyon manata yaxın vergi ödənişlərini həyata keçirib.
🎯Məqsədimiz:
İllik dövriyyəni 2030-cu ilədək 1 milyard manata çatdırmaq və ölkəmizin ən iri vergi ödəyicilərindən biri olmaqdır.
#AzerGold QSC-nin satış gəlirləri ötən illə müqayisədə 18% artıb.
📊 2026-cı ilin birinci rübü üzrə:
91,1 milyon manat — İxrac əməliyyatları (⬆️ 26% artım)
11,3 milyon manat — Yerli pərakəndə satış (⬆️ 102% artım)
#AzerGold#İxrac#PərakəndəSatış#Artım#MilliSənaye#Qızıl
Ölkəmizin ən tələbatlı işəgötürənlərindən biri olan #AzerGold əməyin mühafizəsi və təhlükəsiz iş şəraitinin təmin olunması istiqamətində səmərəli və məqsədyönlü fəaliyyətini davam etdirir.
📍Ötən 10 il ərzində #AzerGold QSC-də xəsarətsiz iş saatlarının sayı 7,7 milyonu ötüb!
“AzerGold” QSC tərəfindən yerli və beynəlxalq qanunvericiliyə, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq Daşkəsən rayonunun Çovdar kəndinin yaxınlığında yerləşən emal kompleksində rekultivasiya işlərinə başlanılıb.
Ətraflı: https://t.co/L9evZQHzne
23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə #AzerGold QSC tərəfindən Daşkəsən və Göygöl rayonlarında quraşdırılmış “Kitab köşkləri”nin fəal oxucuları Zakir Sadıqlı, Gülxanım Bayramova, Məhbubə İbrahimovaya xatirə hədiyyələri təqdim olunub.
#AzerGold və Regional İnkişaf İctimai Birliyinin birgə təşəbbüsü və təşkilatçılığı, eləcə də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib.
#AzerGold#KSM#RIIB#ağacəkmə#BeynəlxalqYerGünü#aksiya
“AzerGold” QSC və Regional İnkişaf İctimai Birliyinin birgə təşəbbüsü və təşkilatçılığı, eləcə də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib.
Ətraflı: https://t.co/gNR5iWRlRV
#AzerGold#KSM#RIIB#ağacəkmə
“AzerGold” QSC-nin baş sponsoru olduğu, Gəncə-Daşkəsən regionunu voleybol üzrə Azərbaycan Yüksək Liqasında uğurla təmsil edən qadınlardan ibarət “Gəncə” Voleybol Klubu mövsümü uğurla başa vuraraq bürünc medal qazanıb.
Ətraflı məlumat üçün: https://t.co/yJZSPPKYRy
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Fövqəladə hadisələr zamanı davranış qaydaları və xilasetmə işləri” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.
Ətraflı: https://t.co/P7FnUVks6n
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 5-ci “Yüksəliş” müsabiqəsinin qalibləri Şəhriyar Həsənverdiyev və Toğrul Xəlilov ilə tanışlıq görüşü keçirib.
Ətraflı : https://t.co/m730McEy06
#AzerGold#Azerbaijan#Azərbaycan#Yüksəliş
“AzerGold” QSC Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin zəngin irsinə həsr olunmuş gümüş xatirə sikkəsinin istehsalına start verib.
Yeni məhsulun yaxın günlərdə ictimaiyyətə təqdim olunması planlaşdırılır.
Ətraflı məlumat üçün: https://t.co/CfIMObJ0Ds