. Azərbaycan dili də xalqımızın minilliklər boyu formalaşdırdığı zəngin irsin daşıyıcısı olmaqla yanaşı, müstəqil dövlətimizin əsas rəmzlərindən biridir
. Azərbaycan dili də xalqımızın minilliklər boyu formalaşdırdığı zəngin irsin daşıyıcısı olmaqla yanaşı, müstəqil dövlətimizin əsas rəmzlərindən biridir
Eyni əqidə də birlik göstərən cəmiyyət (qrup,fəal və s.) paylaşılan postları,paylaşılan məlumatları like etməyi bir - birilərinə çox görməməlidir məncə ☺️
Azərbaycan jurnalistlərinin əməyi hər zaman yüksək qiymətləndirilir. "Jurnalistlərin dostu" mükafatı kimi təşəbbüslər media nümayəndələrinin fəaliyyətinə verilən dəyərin göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də vurğulayır ki, mətbuat qərəzsiz, çevik və operativ fəaliyyət göstərməli, cəmiyyəti dolğun və obyektiv informasiya ilə təmin etməlidir.
Milli mətbuatımız əsrlər boyu Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin təbliğində mühüm rol oynayıb, yaradıcı insanların cəmiyyətə tanıdılmasına böyük töhfələr verib.
o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.
“Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.
XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabi idi.
Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.