Budəfəki 7 yeni qatarın yığılması Bakıda təşkil olunub.
Ölkəmiz, metro sənayemiz üçün əlamətdar hadisədir.
Üstəlik, yeni qatarların sayı 30-a, deməli, vaqonların sayı 150-yə çatıb.
Yeri gəlmişkən... bu sahəyə son dövrlər XANIMLAR da çox maraq göstərməyə başlayıb. Sadəcə, bir neçə inadlı xanım olsa, tarixin rels üzərində təkərini tam istədiyimiz kimi sürətləndirərdik.
Gəlin, gələcəyinizi ən etibarlı və sınanmış metro yollarında qurun!
#işvar
Metropoliten deyəndə, ağıla gələn ilk iki simadan biri maşinistdir.
Bəlkə özünüzü sınayasınız?!
Çox şey lazım deyil:
24-30 yaş, texniki və ya peşə təhsili və hərbi (yararlılıq) bilet.
Qadınlara heç hərbi bilet də lazım deyil.
Yeri gəlmişkən...
@Ilkinibrahim20 Sahibkar və icarədarlardan soruşun, metropolitenlə hər hansı bir əlaqələri varmı? İnternet resurslarına da baxın, oradan narazı yaz, məqalə və xəbərlərin hər birində metropolitenin rəsmi cavabı indikindən fərqli olmayıb.
Tezliklə!
Bakı Metropoliteni QSC əmədaşlarının övladları öz məharətlərini göstərəcəklər.
Nəyi göstərəcəklər?
Niyə göstərəcəklər?
Tezliklə... hər şeyi biləcəksiniz.
Hətta ən adi və sadə, amma diqqət etmədiyiklərimizi belə onlardan öyrənəcəyik.
Onlar gəlirlər...
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm. Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm!
Yaşasın Türk dünyası!
Metro memarlığımızı tərənnüm edən sənət qalereyasıdır. Elə buna görə onun stansiyalarından, heç olmazsa, birinin, memarlığımızın görkəmli nümayəndəsinin adını daşıması ədalətlidir.
@AZERTAC xüsusi yanaşma ilə təqdim edib.
Təşəkkür, var olun!
https://t.co/ohwrDTDgkU
@aztvresmi-nin "Xəbər" komandası, ənənəsinə sadiq qalaraq, 10 Aprel - İnşaatçılar gününə özəl olaraq, tikinti sektorunun ən ağır sahəsi olan metro inşaatı və onun qəhrəmanlarını işıqlandırıb.
Təşəkkür edirik.
https://t.co/VgR3iq5QUy
Hər birimiz inşaatçıyıq, hətta hər varlıq inşaatçıdır. Amma inşaatın dərin fəlsəfəsini, bir ömrü inşa etmək həddinə qədər, metro inşaatçısının əllərinin qabarında görüb daha da sevdim. Bu sahənin norma və qaydalarının, əslində, həyatın nizamını düzüb qoşduğunu gördüm, sevdim.
10 Aprel İnşaatçılar Günüdür!
Ən ağır sahələrdən biri metro inşaatıdır. Texnoloji inkişaf dövründə belə Bakının ağır geologiyası şəraitində insan əməyi danılmazdır, peşəkarlıq, əzmkarlıq və fədakarlıq mütləqdir.
Metro inşaatçılarının timsalında tikinti fədailərini təbrik edirik!
10 Aprel İnşaatçılar Günüdür!
Ən ağır sahələrdən biri metro inşaatıdır. Texnoloji inkişaf dövründə belə Bakının ağır geologiyası şəraitində insan əməyi danılmazdır, peşəkarlıq, əzmkarlıq və fədakarlıq mütləqdir.
Metro inşaatçılarının timsalında tikinti fədailərini təbrik edirik!
#Retro#vaqon-#metro#vaqon#İçərişəhər-dədir.
Martın 24-dək 10:00-dan 22:00-dək yolunuzu gözləyəcək.
***
Həvəslə yol boyu həvəskar videoçəkilişləri düzüb-qoşmağa təqdim edən - Edqar Məcidova, Vüsal Rəhmanova, Samir Əhmədova və həmçinin Elmar Əzimova xüsusi təşəkkür.
O yana gedir, bu yana gedir...
@AZERTAC və @AzertacVideo təqdim edir. Budəfəki Növbəti stansiya #Gənclik.
Yeri gəlmişkən, bu cümə axşamı @FKQarabagh, ümumən, #futbol sevənlər o yana, bu yana getməyin, yolunuzu bu stansiyadan salın.
#Xidmətinizdəyik.
https://t.co/RVzyUyz3CO