Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev iyunun 20-də saat 11:00-da Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.
Ətraflı: https://t.co/U7LAomlSsk
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Ətraflı: https://t.co/txbbyKtdba
15 İyun #MilliQurtuluşGünü-dür! Müasir müstəqil dövlətimizin memarı #UluÖndər Heydər Əliyev 29 il öncə ölkəmizi xaosdan, vətəndaş müharibəsindən, parçalanma təhlükəsindən, sosial-iqtisadi böhrandan xilas etdi, xalqımızı milli kimliyinə qovuşdurdu. Qurtuluşun mübarək #Azərbaycan!
Bu gün “Dövlət #Gömrük Komitəsi ilə təmsil olunan #Azərbaycan Respublikasının Hökuməti və Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsi ilə təmsil olunan #BirləşmişMillətlərTəşkilatı arasında Anlaşma Memorandumu” imzalandı.
Dövlət #Gömrük Komitəsi 2022-ci il yanvar-may ayları üçün nəzərdə tutulan #büdcə öhdəliyini 120,03 faiz yerinə yetirib. Belə ki, 2 milyard 63,79 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 344,39 milyon manat artıq deməkdir.
Dövlət Gömrük Komitəsi və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) arasında tranzit prosedurunun elektronlaşdırılmasına dair hüquqi sənəd - protokol imzalanıb.
Ətraflı: https://t.co/aHmiM0PpGd
Özbəkistan gömrük xidməti nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.
Nümayəndə heyətinə Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Akmalxuja Mavlonov rəhbərlik edir.
Ətraflı: https://t.co/U7ehLxkFZO
Xəbər verdiyimiz kimi, Özbəkistan gömrük xidmətinin nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Nümayəndə heyətinə Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Akmalxuja Mavlonov rəhbərlik edir.
Ətraflı: https://t.co/E4TSRmu93W
Bu gün #Azərbaycan-da səfərdə olan #Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov ilə görüşümüzdə iki qardaş ölkə arasında #gömrük sferasında əməkdaşlığımızın perspektivləri, qabaqcıl təcrübələrin mübadiləsi barədə ətraflı müzakirələr apardıq.
Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Akmalxuja Mavlonovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.
Ətraflı: https://t.co/66wHxWqaHB
Mayın 31-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) üzvləri arasında görüş keçirilib.
Ətraflı: https://t.co/Exwd9CQbX6
Today we have met the members of the U.S.-Azerbaijan Chamber of Commerce. We have held comprehensive and productive discussions on the prospects of our relations as part of the #customs-#business cooperation between #SCC and @AmChamAz.
Bu gün Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə görüşdük. #DGK ilə @AmChamAz arasında #gömrük-#biznes əməkdaşlığı müstəvisində əlaqələrimizin perspektivləri barədə ətraflı və məhsuldar müzakirələr apardıq.
Gürcüstanla sərhəddə yerləşən “Mazımqara” #gömrük postunda mövcud vəziyyət və tikintisi aparılan #TicarətinAsanlaşdırılmasıMərkəzi ilə tanış olduq. TAM-ın qismən fəaliyyəti və görülən tədbirlər nəticəsində hazırda bu istiqamətdə heç bir sıxlıq müşahidə olunmur.