Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşa şəhərində “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilib.
https://t.co/IzdXqMVL9w
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
https://t.co/4qHymLlDf4
On June 14, a working meeting was held in Dilijan, Armenia between Hikmet Hajiyev, Assistant to the President of the Republic of Azerbaijan, and Armen Grigoryan, Secretary of the Security Council of the Republic of Armenia.
During the meeting, the sides discussed a range of matters related to the peace agenda between Armenia and Azerbaijan. The importance of sustained bilateral dialogue was underscored in the context of efforts aimed at promoting lasting peace and stability in the region.
The parties also exchanged views on confidence-building measures between the civil societies of the two countries.
Hikmet Hajiyev and Armen Grigoryan decided to maintain working-level contacts confirming that the next meeting will take place in Azerbaijan.
https://t.co/LZpfjTamF6
2026 – “Şəhərsalma və Memarlıq İli”
Ağdamın Xıdırlı kəndində həyata keçirilən müasir yaşayış və infrastruktur layihələri işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin və müasir quruculuq yanaşmalarının mühüm nümunələrindən biridir. Kənddə yaradılan yeni yaşayış mühiti, sosial obyektlər və müasir infrastruktur bölgənin dayanıqlı inkişafına və əhalinin rahat məskunlaşmasına xidmət edir.
#WUF13 #WUF13Azerbaijan #Baku2026 #WorldUrbanForum
2026 – “Şəhərsalma və Memarlıq İli”
Ağdamın Sarıcalı kəndində həyata keçirilən müasir quruculuq və infrastruktur layihələri işğaldan azad edilmiş ərazilərdə yeni quruculuq yanaşmasının və dayanıqlı inkişaf strategiyasının mühüm göstəricisidir. Kəndin yenidən formalaşdırılan yaşayış mühiti bölgənin sosial-iqtisadi dirçəlişinə və müasir kənd modelinin formalaşmasına xidmət edir.
#WUF13 #WUF13Azerbaijan #Baku2026 #WorldUrbanForum
2026 – “Şəhərsalma və Memarlıq İli”
Shusha Hotel işğaldan azad edilmiş Qarabağda, Şuşa şəhərində həyata keçirilən yenidənqurma və müasir şəhərsalma siyasətinin mühüm təcəssümüdür. Müasir memarlıq üslubunda inşa olunan otel regionun turizm potensialının art��rılmasına, xidmət infrastrukturunun inkişafına və Şuşanın beynəlxalq turizm məkanı kimi mövqeyinin möhkəmlənməsinə töhfə verir.
#WUF13 #WUF13Azerbaijan #Baku2026 #WorldUrbanForum
2026 – “Şəhərsalma və Memarlıq İli”
Qarabağın tarixi-mədəni irsini və əsrlərlə formalaşmış memarlıq ənənələrini özündə əks etdirən Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. XVIII əsrdə inşa olunan qala Şuşa şəhərinin müdafiə sistemində mühüm rol oynayıb. Burada həyata keçirilən bərpa və konservasiya işləri milli-mədəni irsin qorunması və Qarabağda aparılan bərpa-quruculuq prosesinin təcəssümüdür.
#WUF13 #WUF13Azerbaijan #Baku2026 #WorldUrbanForum
2026 – “Şəhərsalma və Memarlıq İli”
Xocalı Soyqırımı Memorialı Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılmış memorial memarlıq kompleksidir. Bu memorial kompleks ədalətin təntənəsini ifadə edir, Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir və işğaldan azad edilmiş Xocalıda ucaldılaraq soyqırımı qurbanlarının xatirəsinin daim yaşadılmasına, həmçinin tarixi həqiqətlərin hər bir ziyarətçiyə çatdırılmasına xidmət edir.
#WUF13 #WUF13Azerbaijan #Baku2026 #WorldUrbanForum
2026 – “Şəhərsalma və Memarlıq İli”
Yasəmən Otel Şuşa şəhərində yerləşən və Qarabağ bölgəsində həyata keçirilən şəhərsalma siyasətinin prioritet istiqamətlərini əks etdirən mühüm layihələrdən biridir. Müasir memarlıq yanaşmaları ilə formalaşdırılan bu obyekt turizm infrastrukturunun inkişafına və regionun dayanıqlı şəhərsalma modelinin gücləndirilməsinə töhfə verir.
#WUF13 #WUF13Azerbaijan #Baku2026 #WorldUrbanForum
2026 – “Şəhərsalma və Memarlıq İli”
Ağdərənin Talış kəndində həyata keçirilən yenidənqurma və infrastruktur layihələri işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin mühüm nümunələrindən biridir. Kənddə yaradılan müasir yaşayış mühiti, sosial obyektlər və infrastruktur layihələri bölgənin dayanıqlı inkişafına və əhalinin rahat məskunlaşmasına xidmət edir.
#WUF13 #WUF13Azerbaijan #Baku2026 #WorldUrbanForum