Bu gün Azərbaycan xalqının milli-mənəvi sərvəti olan ana dilimizin və əlifbamızın qorunması və gələcək nəsillərə ötürülməsinin rəmzi olan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunur.
Milli kimliyimizin, zəngin ədəbi-mədəni irsimizin və dövlətçiliyimizin əsas sütunlarından biri olan Azərbaycan dilinin saflığının qorunması, zənginləşdirilməsi və beynəlxalq müstəvidə təbliği hər birimizin borcudur.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günümüz mübarək! 🇦🇿
15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə qardaş Türkiyə Respublikasına ən səmimi təbriklərimizi çatdırırıq.
Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk.
15 İyul – Demokratiya və Milli Birlik Gününüz mübarək!
@TC_Disisleri
Odessa sahilləri yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu gəminin dron hücumuna məruz qalması barədə mətbuat məlumatı
14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin Okean Maritime şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.
Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir. Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür.
Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür.
9 İyul – 🇦🇿 #diplomatikxidmətorqanlarıəməkdaşlarınınpeşəbayramıgünü münasibətilə həmkarlarımızı təbrik edir,milli maraqlarımızın qorunması və ölkəmizin dünya miqyasında layiqincə təmsil olunması naminə şərəfli fəaliyyətlərində daimi uğurlar arzulayırıq.
Peşə bayramımız mübarək!🇦🇿
9 İyul – Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə bütün həmkarlarımı ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu çərçivəsində vahid məqsəd və yüksək məsuliyyət ilə ölkəmizə xidmət edən bütün həmkarlarıma təşəkkür edir, hər birinə şərəfli fəaliyyətində yeni nailiyyətlər arzulayıram.
Peşə bayramımız mübarək! 🇦🇿🇦🇿🇦🇿
9 İyul – Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında çalışan bütün əməkdaşları səmimi-qəlbdən təbrik edirik.
Dövlətimizin milli maraqlarının qorunması, beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi və ölkəmizin dünya miqyasında layiqincə təmsil olunması naminə həyata keçirdikləri məsuliyyətli və şərəfli fəaliyyətlərində hər birinə yeni nailiyyətlər, möhkəm cansağlığı və əzmkarlıq arzulayırıq.
Peşə bayramımız mübarək! 🇦🇿🇦🇿🇦🇿
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Ali Baş Komandanın rəhbərliyində müstəqilliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüzün təminatçısı olan Müzəffər Ordumuzun hərbi qulluqçularını və veteranlarını təbrik edir, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Ordumuzun yaradılmasının növbəti ildönümü və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrimizin şəxsi heyətini, hərbi qulluqçularımızı və veteranlarımızı səmimi-qəlbdən təbrik edirəm.
Vətənimizin müdafiəsi, suverenliyimizin və ərazi bütövlüyümüzün qorunması kimi şərəfli və məsuliyyətli missiyanı layiqincə yerinə yetirən Azərbaycan Ordusunun hər bir üzvünə uğurlar arzulayır, qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm.
Silahlı Qüvvələr Günümüz mübarək! 🇦🇿🇦🇿🇦🇿
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin bütün hərbi qulluqçularını, veteranlarını və Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hər kəsi səmimi-qəlbdən təbrik edirik.
Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu ölkəmizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır.
Vətənə sədaqətlə xidmət edən hərbi qulluqçularımızın qəhrəmanlığı, peşəkarlığı və fədakarlığı xalqımızın qürur mənbəyidir.
Bu əlamətdar gün münasibətilə bütün hərbi qulluqçularımıza möhkəm cansağlığı, xidmətdə uğurlar və yeni nailiyyətlər arzulayır, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Bayramımız mübarək! 🇦🇿🇦🇿🇦🇿
23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda çalışan bütün əməkdaşları səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.
Ölkəmizin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, peşəkar, şəffaf və vətəndaşyönümlü dövlət idarəçiliyinin təmin olunmasında dövlət qulluqçularının rolu əvəzsizdir.
Sizə möhkəm cansağlığı, yeni nailiyyətlər və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Bayramınız mübarək!
#UluÖndərHeydərƏliyev/in xalqın tələbi ilə hakimiyyətə qayıdışı sayəsində dövlət müstəqilliyimizin möhkəmləndirildiyi və davamlı inkişafın təməlinin qoyulduğu #15İyun-#MilliQurtuluşGünü münasibətilə təbriklərimizi çatdırır,ölkəmizə və xalqımıza sabitlik və firavanlıq arzulayırıq.
15 İyun – Milli Qurtuluş Günü münasibətilə müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında müstəsna rol oynamış Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirəm.
Ulu Öndərin müəyyən etdiyi dövlətçilik yolu bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycanın davamlı inkişafının, gücünün və beynəlxalq nüfuzunun əsasını təşkil edir.
Milli Qurtuluş Günümüz mübarək! 🇦🇿
Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olmuş, ölkəmizin müstəqilliyinin qorunması, sabitliyin bərqərar olunması və inkişaf yoluna qədəm qoyması ilə əlamətdar olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edirik!
Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təməlini qoymuşdur.
#MilliQurtuluşGünü münasibətilə xalqımıza sülh, rifah və tərəqqi arzulayırıq! 🇦🇿
Çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olan 28 May – Müstəqillik Günü münasibətilə əziz həmvətənlərimizi səmimi-qəlbdən təbrik edir, ölkəmizə daim sülh, rifah, inkişaf və əbədi müstəqillik arzulayırıq.
Yaşasın müstəqil və qüdrətli Azərbaycan!🇦🇿🇦🇿🇦🇿