CNN-in bu qeyri-peşəkar davranışı Azərbaycana və regional təhlükəsizliyə qarşı yönəlmiş siyasi təxribatdır və regionda gərginlik yaratmağa hesablanmış dezinformasiyadır.
Bir sıra sosial şəbəkə səhifələrində “Qərbi Azərbaycan adlı bütün təşkilatlar ləğv olunur” başlıqlı xəbərlər yayılıb. Həmin xəbərlər saxtadır və həqiqəti əks etdirmir.
Azərbaycan Pakistandan JF-17C Blok 3 qırıcılarını alıb və ötən il həmin qırıcılar Bakıda Prezident İlham Əliyevə təqdim olunub. Həmin vaxt bildirilib ki, qırıcılar Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.
Azərbaycanın JF-17 qırıcıları ilə bağlı müqavilədən imtina etməsinə dair yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiyadır.
Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra dövlət xadimləri adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlamalar yayılmışdır.
Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubovun adından güya Azərbaycanın Rusiyaya qarşı aqressiv siyasət yürütdüyünə dair “deep fake” texnologiyası ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılmışdır.
"X" sosial şəbəkəsində Azərbaycan Prezidenti adından Ukrayna və Rusiya müharibəsində iştirak edən şəxslərin həbs edilməsinə dair saxta iddialar yayılıb.
Bu cür paylaşımlar Azərbaycana qarşı təxribat kampaniyasının bir parçasıdır.
"X" sosial şəbəkəsində Azərbaycan Prezidenti adından Ukrayna və Rusiya müharibəsində iştirak edən şəxslərin həbs edilməsinə dair saxta iddialar yayılıb.
Bu cür paylaşımlar Azərbaycana qarşı təxribat kampaniyasının bir parçasıdır.
Azərbaycana qarşı təxribatla məşğul olan İran dövlətinə bağlı bir sıra teleqram kanalları İsrail-İran münaqişəsindən sonra daha da fəallaşıblar.
Sözügedən kanallarda dayanmadan Azərbaycanla bağlı heç bir sübutu olmayan - yalan məlumatlar yayımlanır.
Azərbaycanın rəsmi təkziblərinə baxmayaraq, həmin kanallar təxribatlarına davam edirlər.
Eyni zamanda, bu kanallarda Azərbaycana zərbələr endirmək, terror aktları törətmək kimi çağırışlar səsləndirilir.
Onların bir qismini təqdim edirik:
İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronlarının Azərbaycan ərazisindən hücum həyata keçirməsi ilə bağlı səsləndirdiyi iddialar yalandır - əsassızdır.
Bu iddialar Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə, daxili işlərə qarışmamağa əsaslanan münasibətlərə xələl gətirir.
Sosial şəbəkələrdə İsrailin İrana hücumlarını Azərbaycanın hava məkanından istifadə etməklə həyata keçirməsinə dair növbəti yalan məlumat yayılıb.
Azərbaycan İran-İsrail toqquşmasının başladığı ilk gündə bildirib ki, öz ərazisindən dost və qonşu İrana qarşı istifadə edilməsi mümkün deyil.
Bu cür məlumatların heç bir əsası yoxdur və təxtibar xarakterlidir.