İstəyirəm ki, Qarabağ tam alınandan sonra, ora köçəcək adamları ürəkli, vicdanlı, qeyrətli deyə ayırıb seçsinlər. Orda tökülən qanlarımızın halal olacağı canlar yaşasın o torpaqlarda. Layiqli olsunlar o şəhadətlərə. Hər günə şükürlə başlasınlar.. #KarabakhisAzerbaijan#Azərbaycan
Böyüməyi ən ağır şəkildə adamın üzünə vuran bilirsiz nədir? Əvvəl nəsə dərdin olanda düşünürsən ki, mamaya deyərəm, həll edər. İndi isə deyirsən ki, mama bilməsin, pis olar.
Hər şeyin yükünü paylaşdırmadan, bölüşdürmədən çiyinlərində tək başına daşıyırsan. Bir yerdən sonra görürsən ki, bədənin də dözmür. Ruhun qaldıra bildiyi ağırlıqlara varlığın tab gətirə bilmir. Bəlkə elə ruh da dözmür, üst-üstə yığıb saxlayıb bütün qırğınlıqları..
Qəribə olan bilirsiz nədi, bütün gün əylənirsən, üzün gülür, hamını da güldürürsən. Baxan deyir necə xoşbəxt insandı da, dünya aləm vecinə deyil 😃 yaşayır özüyçün filan. Əslində isə, əslini bilməsəz də olar..))
İnsanlar əvvəl bəhanəni yaradırlar. Sonra o bəhanələri əsaslandırmaq üçün səbəblər tapırlar. Yəni, sən nə edirsən et, kiminsə səhv qərarı, düşüncəsizliyi sənin planlarını poza bilir. Həyatda ən nifrət etdiyim şey budur bax. Başqalarının mənasız fikirləri ilə mübarizə aparmaq.
O olur e, sən çox yaxşı işləyirsən amma sənə layiq olduğun maaşı vermirlər, sonra işdən çıxırsan, yerinə səndən daha bacarıqsız biri gəlir, işi öyrədirsən amma səndən çox maaş alır. Elə bir şey.