Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən ölkəmizin Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmağım böyük şərəf və qürur doğurur. Mənə göstərilən bu yüksək etimadı doğrultmaq, ölkələrimiz və xalqlarımız arasında mövcud müstəsna münasibətləri daha da inkişaf etdirmək naminə bütün səylərimi əsirgəməyəcəyəm.
It is my utmost honor and privilege to be appointed by H.E. President Ilham Aliyev as Azerbaijan’s next Ambassador Extraordinary and Plenipotentiary to the Republic of Serbia. I will spare no effort to further promote the extraordinary relations between our two countries and peoples.
Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev, “Samruk-Kazına” ASC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolları”nın İdarə Heyətinin sədri Eljas Otınşıyev ilə görüş keçirdik.
Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığın genişləndirilməsi, o cümlədən bərə gəmilərinə investisiya imkanları, avtomobil nəqliyyatı ilə yükdaşımaların artırılması, eləcə də Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kabel xəttinin çəkilməsi layihəsi ilə bağlı məsələləri müzakirə etdik.
Eyni zamanda Orta Dəhlizin inkişafına dair Saziş layihəsi və dəhlizin rəqəmsallaşdırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi apardıq.
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev (@RashadNNabiyev) Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev, “Samruk-Kazına” ASC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolları”nın İdarə Heyətinin sədri Eljas Otınşıyev ilə görüş keçirib.
Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığın genişləndirilməsi, o cümlədən bərə gəmilərinə investisiya imkanları, avtomobil nəqliyyatı ilə yükdaşımaların artırılması, eləcə də Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kabel xəttinin çəkilməsi layihəsi ilə bağlı məsələlər müzakirə edilib.
Eyni zamanda Orta Dəhlizin inkişafına dair Saziş layihəsi və dəhlizin rəqəmsallaşdırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.
#RİNN
Bakı Gəmiqayırma Zavodunda inşa edilən “Dostlug” tankerinin Azərbaycan tərəfindən Türkmənistana hədiyyə olunması ölkələrimiz arasında strateji tərəfdaşlığın və qarşılıqlı etimadın növbəti mühüm təzahürüdür.
Bu layihə Azərbaycanın gəmiqayırma sahəsində əldə etdiyi nailiyyətləri və yüksək sənaye potensialını bir daha nümayiş etdirir.
Əminik ki, “Dostlug” tankeri Azərbaycan – Türkmənistan dostluğunun daha da möhkəmlənməsinə və Xəzər regionunda əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.
Bu səfər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub.
Bu gün Bakı Gəmiqayırma Zavodunda Xəzər dənizində istismar olunacaq 780 TEU tutumlu konteyner gəmilərindən birincisinin kilqoyma mərasimi keçirildi.
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə ölkəmizin gəmiqayırma sənayesinin və Orta Dəhlizin inkişafına mühüm töhfə verir.
Bakı Gəmiqayırma Zavodunun beynəlxalq sifarişlər əsasında həyata keçirdiyi layihələr Azərbaycanın sənaye və mühəndislik potensialının artdığını bir daha nümayiş etdirir.
Əgər o vaxt Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, indi xalqımızın, dövlətimizin taleyi necə olacaqdı, onu demək çətindir. Hər halda o vaxt Azərbaycan böyük fəlakətlə üz-üzə idi. O vaxt müharibə dayandırıldı, inkişafa qədəm qoyuldu, güc toplanıldı. Mənim dövrümdə biz hər gün azadlıq gününü arzulayırdıq və hər gün onu yaxınlaşdırırdıq. Siz də, bu ərazilərdə yaşamış insanlar da yaxşı bilirsiniz, nə qədər çətin relyefdir həm buralar, həm də Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, orada yeddi müdafiə xətti, minalar var idi. Bizim qəhrəman övladlarımız sinələrini qabağa verərək, özlərini qurban verərək o xətləri yardılar və cəmi 44 gün ərzində biz Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdik.
Nə ondan qabaq, nə də ondan sonra bu dərəcədə mütləq Qələbə olmamışdır.
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatında qadın güləşçilərimizdən 🥇Ülviyyə Musayeva (33 kq) qızıl, 🥉Mədinə Kərimova (46 kq) isə bürünc medal qazanıblar.
Təbrik edirik!🇦🇿
#Gənclərİdman#AZESport#birkimibirlikdə
Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatında 🥇Hüseyn Əmrahlı (38 kq) və 🥇Paşa Aslan (44 kq) qızıl medal qazanıblar.
Təbrik edirik!🇦🇿
#Gənclərİdman#AZESport#birkimibirlikdə
18 may – Beynəlxalq Dənizçi Qadınlar Günüdür.
Bu münasibətilə bütün xanım dənizçiləri təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.
Arzu edirik ki, səfərləriniz uğurlu, yolunuz açıq, üfüqləriniz isə işıqlı olsun.
#DDLA#DənizçiQadınlarGünü
Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U17 Avropa çempionatında sərbəst güləşçilərimizdən 🥇Nihad Süleymanlı (80 kq) qızıl, 🥈Rəşid Nazarov (65 kq) gümüş, 🥉Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıblar.
Təbrik edirik!🇦🇿
#Gənclərİdman#AZESport
Əziz dostlar, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək.
🎓 AZCON Holding və Azərbaycan Texniki Universitetinin əməkdaşlığı və “TUM International GmbH”nın #akademik dəstəyi ilə təsis edilən “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təqdimat mərasimi keçirilib.
#AZCON#AzTU