The Auschwitz of the Caucasus- Shusha Prison Through the Eyes of Lithuanian War Journalist Richardas Lapaitis
A witness to horror
@Anewz_tv
https://t.co/7cOMxxYyuH via @YouTube
✔Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə gəliblər.
✔President of the Republic of Azerbaijan Ilham Aliyev and First Lady Mehriban Aliyeva arrived in Beijing by train from the Chinese city of Tianjin on September 2.
✔2 сентября Президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева прибыли на поезде из китайского города Тяньцзинь в столицу Пекин.
#IlhamAliyev
#MehribanAliyeva
Hörmətli media nümayəndələri, dəyərli dostlar!!!
Hər birinizi səmimi qəlbdən salamlayır,
22 iyul – Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu əlamətdar gün yalnız media ictimaiyyəti üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır.
Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir. Sizlər bu çətin, lakin vacib missiyanı peşəkarlıqla yerinə yetirir, cəmiyyətin obyektiv məlumatlandırılması, maarifləndirilməsi və milli dəyərlərin təbliği istiqamətində fədakarcasına çalışırsınız.
Cənab Prezidentimiz İlham Əliyevin mediamıza verdiyi yüksək qiymət və söylədiyi dəyərli fikirlər jurnalistika peşəsinə göstərilən böyük etimad və diqqətin bariz nümunəsidir.
Bu gün Azərbaycan mediası milli sərhədləri aşaraq beynəlxalq səviyyədə fəaliyyət göstərən, qlobal perspektivli regional baxış təqdim edən, dünyanın müxtəlif bölgələrində oxunan və istinad olunan, ölkəmizin yeni- qlobal xarakterli xarici siyasəti ilə uzlaşan təsirli “yumşaq güc” vasitələrindən biridir.
Azərbaycan milli mətbuatının 150 illik yubileyinin qeyd olunması ilə bağlı dövlət başçımızın Sərəncamı, eləcə də bir çox peşəkar jurnalistin dövlət təltiflərinə layiq görülməsi ölkəmizdə medianın inkişafına verilən önəmin təzahürüdür və bu sahədə çalışanlar üçün böyük stimuldur.
Bu əlamətdar yubiley münasibətilə hər birinizi bir daha səmimi qəlbdən təbrik edir, Cənab Prezidentimizin mediamız qarşısında müəyyənləşdirdiyi hədəflərin reallaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın qorunması yolunda fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Had I told someone five years ago that we would one day travel from Aghdam to Baku by high-speed train, it might have been dismissed as a dream, a fantasy—or even a legend. Yet today, that vision has become a reality. Together with the members of Coordination Headquarters for the Restoration and Reconstruction of the Liberated Territories, we are returning to the capital aboard the newly inaugurated Aghdam–Baku high-speed train—a powerful symbol of revival and progress across our liberated lands.
Xalqımızın, millətimizin ən böyük bayramı-Zəfər Günü!
Bayrağımız ucalardan-uca olsun!
Bu təqvimə bayram statusu qazandıran hər kəsə ehtiramımız sonsuzdur!
In accordance with the relevant United Nations General Assembly Resolution the 30th of August is observed as the International Day of the Victims of Enforced Disappearances.
Determining the fate of up to 4,000 Azerbaijani citizens who have gone
missing as a result of Armenia’s 30 yearlong aggression against Azerbaijan, is one of
the most serious humanitarian problems that concern not only their beloved
ones, but the Azerbaijani Government.
Armenia evades from providing information about their whereabouts and the location of mass graves, once again demonstrating its inhuman nature.
Numerous witness statements and mass graves discovered in our
territories liberated from occupation, proved that the Azerbaijanis captured
and taken hostage, were brutally tortured and killed in a mass manner by Armenia.
Those who are guilty of these crimes against humanity are not only
enjoying impunity in Armenia, but are even glorified.
But justice has prevailed! Today, most of those criminals are held
accountable in Azerbaijan. Armenian lobby paid and morally bankrupt western politicians and media institutions who call for release of these war criminals at least should be ashamed.
Armenia also should feel ashamed of its barbaric
actions, apologize to Azerbaijan, hold other offenders accountable and report the exact location of mass graves, including the remains of
Azerbaijan’s National Hero Natig Gasimov.
Liberation of our lands from occupation gave a great impetus to the process of determining the fate of missing persons. Upon the instructions of President Ilham Aliyev the State Commission on Prisoners of War, Hostages and Missing Persons of the Republic of Azerbaijan and relevant Government institution based on the DNT analyses of discovered human
remains, have identified 151 people so far who went missing since the first Karabakh War.
Finding them after 30 years and burying with military funeral honors, once again shows how the President of Azerbaijan and Azerbaijani state values and takes care of its citizens.
In the context of former Armenia-Azerbaijan conflict the work of ICRC on missing Azerbaijani persons as demanded by the international humanitarian law can not be considered satisfactory. Instead of that ICRC contrary to its own statue is engaged behind the scene leak of false information and “background information” to so-called reports of dubious western politicians who are in the pay roll of Armenian government and Armenian lobby.
Azerbaijan will continue to spare no effort to determine the fate of the
missing persons, and will put an end to the longing and suffering of their
families.
30 avqust BMT qərarları ilə Beynəlxalq itkin düşmüş şəxslər günü kimi qeyd olunur.
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş 4000-ə qədər Azərbaycan vətəndaşının taleyinin müəyyənləşdirilməsi yalnız onların doğmalarını deyil, Azərbaycan dövlətini narahat edən ən kəskin humanitar problemlərdən biridir.
Ermənistan öz qeyri-insani mahiyyətini bir daha göstərərək onların aqibəti və kütləvi məzarlıqlarının yeri barədə məlumatları verməkdən yayınır.
Çoxsaylı şahid ifadələri və işğaldan azad edilmiş ərazilərimizdə aşkar edilmiş kütləvi məzarlıqlar əsir və girov götürülmüş azərbaycanlıların Ermənistan tərəfindən vəhşicəsinə işgəncələrə məruz qalaraq kütləvi şəkildə qətlə yetirildiyini sübut etmişdir.
Bu insanlığa qarşı cinayətlərdə günahkar olanlar Ermənistanda nəinki cəzalandırılmır, hətta qəhrəmanlaşdırılır.
Lakin haqq, ədalət öz yerini tapdı!
Bu gün həmin cinayətkarların əksəriyyəti Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verir. Erməni lobbisinin pulu müqabilində həmin müharibə canilərini azad etməyə çağıran bir sıra qərb siyasətçiləri və qərb media orqanları utanmalıdırlar. Ermənistan öz vəhşi əməllərinə görə Azərbaycandan üzr istəməli, digər günahkarları özü məsuliyyətə cəlb etməli və kütləvi məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir.
Torpaqlarımızın işğaldan azad edilməsi itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi prosesinə böyük bir təkan verdi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aşkar olunmuş insan qalıqlarının DNT analızı əsasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və müvafiq dövlət qurumu tərəfindən indiyə qədər Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 149 nəfərin şəxsiyyətini müəyyənləşdirmək və ailələrinə məlumat vermək mümkün olmuşdur. 30 ildən sonra onların tapılması və hərbi təntənə ilə dəfn edilməsi Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşına olan şəxsi qayğısı və diqqətinin növbəti təzahürüdür.
30 il Ermənistan-Azərbaycan münaqişəsi kontekstində beynəlxalq humanitar hüquqa uyğun olaraq itkin düşmüş şəxslərimizin taleyini müəyyən etməli olan Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təsisatların fəaliyyətini qənaətbəxş hesab etmirik.
Əfsuslar olsun ki, bu gün BQXK öz nizamnaməsinə və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistanın pullu sifarişi ilə hesabat yazan şəxslərə yalan məlumatlar ötürməklə məşğul olur və qərəzli anti-Azərbaycan propaqanda kampaniyasında yer alır.
Azərbaycan dövləti özü itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bundan da sonra əlindən gələni əsirgəməyəcək, onların ailələrinin həsrət və iztirablarına son qoymaq üçün bu xüsusda olan davamlı tədbirlərini davam etdirəcəkdir.