Mall'lara uşaqlarını yığıb gəzməyə gedirmiş kimi gətirənləri onsuz başa düşmürəm ama qohum əqrabada nə uşaq varsa hamsın yığıb gəzənləri heç başa düşə bilmirəm də.
O gün müştəri ilə Facebookda yazışıram, danışdıq danışdıq, axırda qayıdıb dedi ki, mənə facebook səhifənizdən yaza bilərsiz?
Hisslərimi söyüşlə belə ifadə edə bilmirəm.
Əvvəl düşünürdüm ki kaş çox istədiyim birini hər istəyəndə görmə şansım olsaydı. Ama hiss etdiyim kimi davrana bilməyəndən sonra hər gün gözümün qabağında olması da bir şey deyil.
Həkim o günlərdə qaqaşa deyib ki pişik sizi dişləyir çünki bu yolla sevgisini göstərir. Çox məntiqli gəldi, mən də kimi çox istəyirəmsə dişləyəsim gəlir ama xəbərləri yoxdu.
Musiqi zövqünə, düşüncə tərzinə, ağlına və məntiqinə görə bəyənilə bilərsən ama tipin yoxdusa yenə bilmem neçə sıfır geridəsən. Bəzi anlarda aptal sarışın olmaq istəyir adam. It hurts.