Azerbaycan Türkü Gardaşlarımız şu Atasözünü iyi bilir:
“Kötü günün ömrü az olur!”
30 yıl önce yaşanan acılar bugün son buluyor. Kahraman Gardaşlarımız cenk meydanında gücünü gösterdi ve mertçe savaşarak zafer kazandı.
Kötü günler bitti, gün zafer günüdür, kutlu olsun!🇹🇷🇦🇿
Bu bəyanat tarixi əhəmiyyət kəsb edir. Bu bəyanat Ermənistanın kapitulyasiyası deməkdir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat bizim Şanlı Qələbəmizdir!
Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəmdir. Mən şadam ki, bu vəzifənin öhdəsindən şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq.
Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcək.
Təcili: Ermənistan silahlı qüvvəlləri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonunu intensiv atəşə tuturlar. Artilleriya və raketlərdən istifadə olunur.
Bu gün ərzində Tərtər daxil olmaqla Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılmışdır.
Сегодня Азербайджанская армия освободила от оккупации несколько сел Зангиланского, Джебраильского и Губадлинского районов и город Губадлы. Слава Азербайджанской армии! Карабах- это Азербайджан!
Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!