25 və 26 noyabr tarixlərində Heydər Əliyev Sarayında gənc ulduz Milana Starın - Stars Party Show konserti baş tutdu.
Parlaq və unudulmaz keçən şou proqramda ifaçı sevilən hit mahnıları ilə yanaşı yeni mahnılarınıda səsləndirdi.
Heydər Əliyev Sarayında “Min bir gecə”
Noyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baletini Heydər Əliyev Sarayında təqdim edib.
Noyabrın 17, 18 və 19-da Heydər Əliyev Sarayında “Bu Şəhərdə”nin 23 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovun iştirakı ilə yeni "Yar Aşıq" adlı konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Noyabrın 7-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “ZəfərFest – 3” yaradıcılıq sərgi-festivalı keçirilib.
SANREMO SEHRİ - MƏŞHUR İTALYAN ŞOUSU
Oktyabrın 13-də Heydər Əliyev Sarayında dünyaca məşhur Sanremo Musiqi Festivalının hitləri səsləndirilib. Tamaşaçılar italyan musiqisinin sehrini hiss edib və əfsanəvi hitləri dinləyiblər.
Oktyabrın 20-də Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti, professor Azər Zeynalovun "Bir son bahar" adlı solo konserti keçirilib. Gecədə sənətçi öz könül oxşayan ifaları ilə musiqisevərlərin qarşısında çıxış edib.
Sentyabrın 22-də Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Ferhat Göçerin konserti baş tutub.
İfaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edib.
Heydər Əliyev Sarayında "BN Team Orchestra" Simfonik Orkestrinin təqdimatında "TÜRK SERİALLARI DÜNYASI" layihəsi.
Avqustun 24-də Heydər Əliyev Sarayında "BN Team Orchestra" Simfonik Orkestrinin iştirakı ilə "TÜRK SERİALLARI DÜNYASI" layihəsi yenidən təqdim olunub.
Heydər Əliyev Sarayında “Koreya serialları dünyası” saundtrek konserti təqdim olunub.
Avqustun 24-də Heydər Əliyev Sarayında Qazaxıstandan olan “BN Team Orchestra” simfonik orkestrinin ifasında populyar Koreya seriallarından saundtreklər səsləndirilib.
Avqustun 17-də Heydər Əliyev Sarayında Ukraynanın əfsanəvi rok qrupu "Okean Elzy" növbəti möhtəşəm konsert proqramı ilə çıxış edib.
Geniş konsert proqramında qrupun repertuarından ən məşhur və yeni musiqi parçaları təqdim olunub.
Heydər Əliyev Sarayında Özbəkistan Mədəniyyət Günləri
Avqustun 1-də Heydər Əliyev Sarayında Özbəkistan Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçirilib.