Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
Heydər Əliyev – 103. Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq.
Heydar Aliyev - 103. The bright and cherished memories about this great personality will always live in our hearts. We remember, love and respect.
Гейдар Алиев – 103. Светлая, добрая память о великой личности навсегда сохранится в наших сердцах. Помним, любим, чтим.
From 2026 #Azerbaijan plans to increase gas exports to #Serbia to about 1 billion cubic meters annually. This amount could cover 15–20% of Serbia’s total gas demand. The project will strengthen Azerbaijan’s role as a reliable energy partner in #Europe and will contribute to regional #EnergySecurity & #Diversification.
Fevralın 11-də 🇦🇿 Respublikası Hökuməti ilə @_anar_guliyev 🇧🇬 Respublikası Hökuməti və #VelikoTırnovo Bələdiyyəsi arasında “#Şuşa Parkı”nın salınması haqqında imzalanan Saziş iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişafını və layihə icrasının hüquqi əsasını müəyyən edir.
Charter on Strategic Partnership between the Government of the Republic of Azerbaijan and the Government of the United States of America
https://t.co/YhpmWTzuOA
Speaking at Davos, President Ilham Aliyev outlines Azerbaijan’s response to global geopolitical shifts, progress towards peace in the South Caucasus and expanding energy cooperation with Europe.
➡️ https://t.co/K4zgdU0j39
We have strategic partnership documents signed with 10 members of the European Union, a comprehensive strategic partnership agreement signed with China, and a Strategic Partnership Charter being discussed with the United States.