Avstriya ilə Avstraliyanı, İsveçlə İsveçrəni, Opera ilə Baleti, Google ilə Google Chrome-u bir-birindən ayıra bilmir. Dünya səviyyəsində tanınan oxuduğu bir kitabı, izlədiyi bir filmi yoxdur. Di gəl ki, dünya görüşündən, düşüncə dərinliyindən danışır.
Fərqindəlik gözəl şeydir…
Uzun illər Şərur Rayon Rabitə İdarəsinin müdiri vəzifəsində çalışaraq öz təcrübəsi ilə bu sahəyə dəyərli töhfələr verən Ərəstun Hüseynovun təqaüdə yola salınması münasibətilə səmimi görüş keçirdik.
Ərəstun müəllimə bundan sonrakı həyatında, uzun ömür və can sağlığı arzulayıram!
İnsanın ən böyük sərvəti, istisnasız olaraq, onun zövqü və innovativ düşüncəsidir. Böyük bir sərvətə sahib olasan, amma heç bir zövqün olmaya — heç çəkiləsi deyil.
Süni intellektdən əlbəttə istifadə etməliyik. Dövrün tələbidir.
Amma əldə etdiyimiz məlumatları analiz edək, öz düşüncəmizlə dəyərləndirək. Həm öyrənək, həm də düşünmə bacarığımızı qoruyaq.
Yəni süni intellektə beynimizlə “giriş” edək ki, sabah 2×2-ni də ChatGPT-dən soruşmayaq.
“Ana dilində Rəqəmsal Təhsil”tədbiri çərçivəsində fəaliyyətimin dəyərləndirilməsi və təltif olunmağım mənim üçün böyük qürur və məsuliyyətdir. Etimada görə təşəkkür edir, ölkəmizdə ana dilində rəqəmsal təhsilin inkişafı naminə bundan sonra da eyni əzmlə çalışmağa davam edəcəyəm.
Naxçıvanda rəhbər şəxslər üçün təşkil olunmuş kibertəhl��kəsizlik təlimində uğurla iştirak etdik. Dəyərli bilik və təcrübə paylaşımına görə təşkilatçılara və əməyi keçən hər kəsə səmimi minnətdarlığımı bildirirəm.
#kibertəhlükəsizlik #cybersecurity #ağbulaq
Dəyərli alim və böyük ziyalı İlber Ortaylının vəfat xəbəri məni çox kədərləndirdi.
Naxçıvanda keçirilən görüş zamanı çəkdirdiyimiz bu şəkil mənim üçün dəyərli xatirə kimi qalacaq.
Elm dünyasına verdiyi töhfələr hər zaman hörmətlə xatırlanacaq.
Ruhun şad olsun, dəyərli professor.
Bu gün keçirilən rəqəmsallaşma müşavirəsi ölkəmizin inkişafında yeni səhifə açacaq.
Xüsusilə rəqəmsallaşma üzrə kadr hazırlığının genişləndirilməsi və dövlət qurumlarında rəqəmsal sahənin əsas prioritet kimi göstərilməsi böyük əhəmiyyət daşıyır. Minnətdarıq, Cənab Prezident! 🇦🇿