#18Oktyabr – Müstəqilliyin Bərpası Günü dövlətçilik tariximizin ən şanlı və qürurverici səhifələrindən biridir. Bu əlamətdar bayram münasibətilə xalqımızı təbrik edir, müstəqilliyimizin əbədi və sarsılmaz olmasını arzu edirik.
#MüstəqilliyinBərpasıGünü#MüstəqilliyimizƏbədidir #VətənimAzərbaycan
Güclü dövlətin təməli savadlı cəmiyyət, savadlı cəmiyyətin memarı isə müəllimdir. Ölkəmizin parlaq gələcəyi və tərəqqisi naminə fədakarlıqla çalışan bütün təhsil işçilərinin peşə bayramı mübarək!
#MüəllimlərGünü#MüəllimƏməyinəHörmət#AzərbaycanMüəllimi
Azərbaycan peşəkar musiqisinin banisi #ÜzeyirHacıbəyli-nin doğum günündə qeyd edilən #MilliMusiqiGünü xalqımızın mədəni kimliyinin mühüm bir hissəsidir. Dövlətimizin davamlı diqqəti və qayğısı sayəsində milli musiqi ənənələrimiz bu gün həm ölkəmizdə, həm də beynəlxalq aləmdə uğurla təbliğ olunur.
#MilliMusiqimiz #MilliDəyərlərimiz
Zəngin biliyə və geniş dünyagörüşünə malik nəslin yetişdirilməsi dövlətimizin gələcək inkişafının əsas təminatçısıdır. #YeniTədrisİlində müəllimlərimizə bu şərəfli işdə uğurlar, şagird və tələbələrimizə müvəffəqiyyətlər diləyirik.
#15Sentyabr#BilikGünü2026
Bu gün #Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Bu əlamətdar gün münasibətilə Mehriban xanımı səmimi-qəlbdən təbrik edir, ölkəmizin hərtərəfli inkişafı və gələcəyi naminə həyata keçirdiyi ali fəaliyyətində ona müvəffəqiyyətlər və möhkəm cansağlığı diləyirik.
#MehribanXanımƏliyeva #DoğumGününüzMübarək
Bu gün #22İyul – #MilliMətbuat və Jurnalistika günüdür!
Bu əlamətdar gün münasibətilə xalqımızı, xüsusən də haqq səsimizin dünyaya çatdırılmasında və obyektiv informasiyanın yayılmasında fədakarca çalışan bütün media nümayəndələrimizi təbrik edirik.
Bu gün #26İyun – #SilahlıQüvvələr Günü bizə zəfərlər bəxş edən müzəffər ordumuzun günüdür. Bu özəl gün münasibətilə Vətənin müdafiəsini uca tutan hərbçilərimizi, o cümlədən xalqımızı səmimi-qəlbdən təbrik edirik.
1993-cü il #15iyun günü Heydər Əliyevin müdrik siyasəti ilə başlanan sabitlik və inkişaf yolu müstəqil Azərbaycanın ən qiymətli mirasıdır. Bizi aydın gələcəyə aparan bu tarixi addımın qürurunu yaşayır, hər kəsə sülh dolu günlər diləyirik. #MilliQurtuluş Günümüz mübarək!
#Minifutbol üzrə #AzərbaycanMillisi Avropa çempionatının qalibi olaraq ölkəmizin idman tarixinə yeni qızıl səhifə yazdı. Bayrağımızı zirvələrə ucaldan #ÇempionFutbolçularımızı, məşqçi heyətini və bütün xalqımızı bu möhtəşəm uğur münasibətilə ürəkdən təbrik edirik!
#1İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün #balacalar-ı ürəkdən təbrik edirik!
Uşaqların sevinc dolu gülüşü, xoşbəxtliyi və sağlam gələcəyi hər birimizin ən böyük arzusudur. Hər bir uşaq sevgi, qayğı və təhlükəsizlik içində böyüsün.
#BeynəlxalqUşaqlarGünü
#28May – müstəqillik arzumuzun gerçəkləşdiyi #şanlıtarix. Bu qürur dolu gündə bütün həmvətənlərimizi təbrik edir, dövlətimizin sarsılmazlığı və birliyi naminə yeni zəfərlər arzulayırıq. 28 May #MüstəqillikGünü mübarək!
Bu gün – Müasir #Azərbaycan dövlətinin memarı və qurucusu, #ÜmummilliLider Heydər Əliyevin doğum günüdür. Onun sarsılmaz dövlətçilik irsi və uzaqgörən siyasəti bu gün də müstəqil Azərbaycanın gələcəyinə işıq saçmağa davam edir. #UluÖndərin əziz xatirəsini hörmət hissi ilə anırıq.
#9May – Faşizm üzərində #QələbəGünüdür.
Bəşəriyyətin xilası naminə aparılan bu savaşda qəhrəmanlıq göstərən bütün həmvətənlərimizi bu münasibətlə təbrik edir, xalqımıza #sülh və əmin-amanlıq arzu edirik!
#31Mart Azərbaycanlıların Soyqırımı Günü xalqımızın qan yaddaşına silinməz hərflərlə yazılmış ən acı günlərdən biridir. Bu qanlı soyqırımın qurbanlarını unutmur, əziz xatirələrini ehtiramla anırıq.
#AzərbaycanlılarınSoyqırımıGünü
Baharın müjdəçisi #Novruz bayramı münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və tükənməz xoşbəxtlik diləyirəm. Ocağınızın hərarəti, süfrənizin bərəkəti daim olsun.
#BaharBayramı
Müqəddəs #Ramazan Bayramınız mübarək olsun! Etdiyiniz duaların, tutduğunuz orucların qəbul olunmasını diləyir, hər birinizə cansağlığı və ailə səadəti arzulayıram.
#RamazanBayramı
#İlaxırçərşənbə olan #Torpaqçərşənbəsi xalqımıza xeyirli və düşərli olsun! Torpağın nəfəsi ilə gələn bu oyanışın hər bir evə cansağlığı, firavanlıq və yeni uğurlar gətirməsini diləyirəm
#NovruzBayramı
Bu gün #Xocalı faciəsinin ildönümündə #soyqırım qurbanlarının xatirəsini ərazi bütövlüyünü tam bərpa etmiş qalib xalqın qüruru ilə anırıq.
Ruhunuz şad olsun, əmanətiniz olan bu torpaqlar artıq azaddır!
#JusticeforKhojaly