10 ABD Doları yeni gelen bonusu almak için kaydolun! Videoyu burada izleyerek 200'den fazla ABD Doları kazandım, böylece deneyebilirsiniz. https://t.co/9nTGEkGAto
Bizim döyüş meydanındakı qələbəmiz siyasi qələbəmizi də şərtləndirdi. Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır. Bu, böyük siyasi uğurumuzdur.
Bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə münaqişə öz həllini tapmayıb. BMT Nizamnaməsinə görə hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik.
Xalqımızın birliyi bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq. Qarabağ yenidən doğulacaq, canlanacaq, dirçələcək. Qarabağ əsl cənnət məkanına çevriləcək.
Yaralı hərbçilərimizin bundan sonra da normal həyata qayıtması üçün bütün lazımi tədbirlər görüləcək. Şəhid ailələrinin problemləri öz həllini tapacaq.
Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Biz tarixi Qələbəmizi hüquqi və siyasi müstəvidə daha da möhkəmləndirəcəyik.
Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə 'fait accompli' prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər. Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi.
Masada olan əsas prinsiplər Minsk qrupunun köməyi ilə işlənib hazırlansa da, onlar ərazilərin boşaldılması ilə bağlı Ermənistana təzyiq göstərmək üçün əllərində olan bütün alətlərdən istifadə etmədilər.