Bilirəm ki, Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur. Ona görə yeni layihə təqdim edildi. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur.
Bizim Qələbəmiz yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də şərlə mübarizədir. Çünki biz qurub yaradan xalqıq. Xalqımız bir daha öz böyüklüyünü göstərəcək.
Haqq-ədalət, Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Yaralı hərbçilərimizin bundan sonra da normal həyata qayıtması üçün bütün lazımi tədbirlər görüləcək. Şəhid ailələrinin problemləri öz həllini tapacaq.
Bu, bizim hər birimizin həyatında ən xoşbəxt anlardır. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərdi.
Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Biz tarixi Qələbəmizi hüquqi və siyasi müstəvidə daha da möhkəmləndirəcəyik.
Xalqımızın birliyi bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq. Qarabağ yenidən doğulacaq, canlanacaq, dirçələcək. Qarabağ əsl cənnət məkanına çevriləcək.