Xocalı faciəsi, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən törədilib.
Xocalı faciəsi, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı hadisələrindən biridir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. #XocalıyaƏdalət#JusticeforKhojaly
Hörmətli Gənclər,
2 fevral Gənclər Günü münasibətilə hər birinizi təbrik edirəm. Siz, ölkəmizin gələcəyini formalaşdıran güc və enerjisizsiniz. Hər birinizin uğurlu və parlaq bir gələcək qurmasını diləyirəm.
Gələcək sizin əlinizdədir!
#GənclərGünü
Türkiyənin Bolu şəhərində, Grand Kartal Otelində baş vermiş yanğın nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa tapmalarını diləyirəm.
Acınız, acımızdır, Türkiyəm!
Əziz dostlar,
Yeni ilinizi ürəkdən təbrik edirəm! 🌟
2025-ci ilin hər anı sizə sevgi, xoşbəxtlik və uğur gətirsin. Yeni il yeni ümidlər, yeni başlanğıclar və yeni zirvələr deməkdir.
Yeni ildə arzularınız gerçəkləşsin!
Bütün xoşbəxtliklər sizinlə olsun!
Sevgi və hörmətlə...
"Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması xəbəri hər birimizi dərin hüznə boğdu.
Bu ağır gündə kədərimizi paylaşır, hər kəsə səbr və güc arzulayıram. Allah rəhmət eləsin!
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin doğum günüdür!
Cənab Prezident,
Sizə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və dövlətimiz naminə gördüyünüz böyük işlərdə davamlı uğurlar arzu edirik!
Azərbaycan Sizinlə fəxr edir! 🇦🇿
Bu gün Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin anım günüdür.
Heydər Əliyevin əziz xatirəsini hər zaman qəlbimizdə yaşadacağıq.
Ruhun şad olsun, Ulu Öndərimiz!
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsini və Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzini ziyarət edib.
ℹ️ Əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri ilə tanış olan Leyla Əliyeva tərəfindən hər iki sosial xidmət müəssisəsinə hədiyyələr təqdim olunub.
➡️ https://t.co/DgJL8tPz8j
#ƏƏSMN #SXA #HeydərƏliyevFondu #SosialXidmət
17 Noyabr – Milli Dirçəliş Günümüz mübarək!
Bu gün xalqımızın milli şüurunun yenidən oyanışının, birliyinin və mübarizliyinin rəmzidir.
Dirçəliş Günü bizə bir daha xatırladır ki, birliyimiz və milli iradəmiz xalqımızın ən güclü silahıdır!
Bu gün, Azərbaycanın dövlət müstəqilliyinin hüquqi əsasını təşkil edən Konstitusiyanın qəbul olunduğu gündür.
Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, vətənimizin rifahı və hüquqi əsaslarının möhkəmlənməsi yolunda daha böyük uğurlar arzu edirəm! 🇦🇿
#KonstitusiyaGünü
Türk ordularının dahiyanə baş komandanı, Cümhuriyyət fəlsəfəsinin memarı Qazi Mustafa Kamal Atatürkü əbədiyyətə qovuşmasının ildönümündə hörmət, minnət və rəhmətlə yad edirik.
#10kasım
Azərbaycan Bayrağı Yenidən Zirvədə🇦🇿
Azərbaycan tarixində daha bir qürurverici gün! Dünyanın ən böyük bayrağı ilə "Ginnesin Rekordlar Kitabı"na daxil olmağımız bir daha Vətənimizin şərəfini və gücünü nümayiş etdirdi.
Bu tarixi günü bizə yaşadan cənab Prezidentə təşəkkür edirik!
Bayraq Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bayrağımızın daşıdığı sülh, tərəqqi və qürur idealları daim qalib gəlsin.
Qoy bu gün xalqımızın birliyini daha da möhkəmləndirsin və gələcəyə olan inamımızı gücləndirsin. 🇦🇿
#9noyabr#bayraqgünü
Bu gün, Azərbaycan xalqı olaraq böyük qürur və sevinc hissi ilə qeyd etdiyimiz Zəfər Günüdür. Canını Vətən uğrunda qurban vermiş şəhidlərimizi rəhmətlə anırıq, ailələri qarşısında baş əyirik! Qazilərimizə və ölkə Prezidenti cənab İlham Əliyevə dərin ehtiramımızı bildiririk!🇦🇿
Bu gün, 29 Oktyabr qardaş Türkiyənin Cümhuriyyətinin elan edilməsinin 101-ci ildönümünü qeyd edirik.
Bu tarixi gün münasibətilə türk xalqını ürəkdən təbrik edir, dostluq və qardaşlığımızın daim möhkəm olmasını arzulayıram!
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!🇦🇿🇹🇷
#29ekim
Bu gün ölkəmizdə qəhrəmanlığı ilə dastana dönən şəhidlərimizin Anım Günüdür🇦🇿
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında düşmən üzərində Zəfər çalaraq Azərbaycanı bütün dünyada qalib ölkə kimi tanıdan igid Şəhidlərimizin qarşısında baş əyirik!