Kəlbəcərin turizm və investisiya potensialını təbliğ etməklə Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərin canlanmasına dəstək veririk! 🇦🇿♥️
Hər daşında bir tarix, hər cığırında bir xatirə gizlənən Kəlbəcərimiz yenidən canlanır. Bir vaxtlar yarımçıq qalan hekayələr, bu gün müasir və gözəl Kəlbəcərin təməlləri üzərində yenidən yazılır. 🇦🇿💚
#Kalbajar#Azerbaijan
🇦🇿 Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü dərin hörmət və ehtiramla yad edirik.
#HeydərƏliyev#Azərbaycan
Bu gün Kəlbəcərin işğalından 33 il keçir. İndi biz bu tarixi təkcə kədərlə deyil, azadlığın qüruru ilə anırıq. İndi Kəlbəcərin hər zirvəsində düşmən izi deyil, #Azərbaycan əsgərinin məğrur addımları və göylərə yüksələn bayrağımızın əzəməti var. 🇦🇿🥀
__
#Kalbajar#Kəlbəcər#33il