İyunun 20-də “Abzas Media”nın əməkdaşı Məhəmməd Kekalov məhkəmədə son sözlə çıxış edib.
Kekalov bildirib ki, əgər xarici ölkələrə getdiyinə görə qaçaqmalçı hesab olunursa, o zaman onu həmin xarici ölkələrə göndərən dövlət qurumları da istintaqa cəlb edilməlidir.
“Ötən məhkəmələrdən birində Puerto Rikonun adını çəkdiniz. Məni Puerto Rikoya Azərbaycan Respublikasının Gənclər Fondu göndərib. Onlarla gedib-gəlmişəm. Belə çıxır ki, Gənclər Fondu “Abzas Media”ya pul buraxır? Məqsədimiz qaçaqmalçılıq olubsa, gətirin onları da mühakimə edin,” – o deyib.
Məhəmməd Kekalov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hakimlər jurnalistlərin məhkəmə prosesini lentə alması ilə bağlı vəsatəti təmin etmədiyinə görə, Məhəmməd Kekalovun son sözünü vizuallaşdırılmış formada təqdim edirik.
Kekalovun son sözünün geniş versiyasını keçiddən oxuya bilərsiniz: https://t.co/W9pYEtgVo5
Bizə dəstək olmaq üçün digər kanallarımıza da abunə olun:
https://t.co/LPhetYoy3m
https://t.co/fCaoAywl9f
https://t.co/MoG7iVQfXa
Mayın 9-da Bakının Xətai rayonunda yerləşən 128 yaşlı tarixi bina sökülüb.
Bu barədə məlumatı memar Stasia Orlova-Stroqanova yayıb. O bildirib ki, Ələddin Quliyev və 8-ci Zavod küçələrinin kəsişməsində yerləşən ikimərtəbəli bina 1895–1897-ci illərdə məşhur polyak memarı Kazimir Skureviçin layihəsi əsasında tikilib.
"Klassik üslubda, milli memarlıq elementləri ilə tikilmiş bu zərif bina ərazinin mirvarisi ola bilərdi. Onu qorumaq, bərpa etmək, mədəni məkan kimi yenidən canlandırmaq olardı — sərgi zalları, uşaq oyun zonaları, rahat bir kafe... Arzu idi? Təəssüf ki, indi bu yalnız bir “kaş ki” olaraq qalır", - o bildirib.
Memar yazır ki, bina paralel olaraq tarixi abidələr siyahısından da silinib.
"Biz onu qorumağa çalışdıq — məktublar yazdıq, müraciət etdik, sosial şəbəkələrdə məsələ qaldırdıq — amma cavab demək olar ki, olmadı. Təəssüf ki, biganəlik öz sözünü dedi. İnsanlar sanki görmədilər, hiss etmədilər. Bu, çox ağır və incidici idi", - o qeyd edib.
Bildirilir ki, söküntü işləri Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında yer alan şəhərdaxili hibrid yaşıl dəhlizlərlə əlaqəlidir.
Nəzərdə tutulan hibrid yaşıl dəhlizlər gəzinti məsafəsində yerləşən ictimai yaşıllıqların sayını artırmaq və yaşıllıqların az olduğu ərazilərdə yaşıl məkanların sahəsini genişləndirmək üçün tətbiq olunan vasitədir.
Rəsmi qurumlar məsələyə münasibət bildirməyiblər.
Four Azerbaijani students died in Kahramanmaraş because they had no money to fly to Azerbaijan for the semester break. They usually traveled through land borders, which Azerbaijan closed down since 2020. Did Azerbaijan compensate their families? No.