Qardaşımın son gedişi olduğundan xəbərsiz çəkmişəmmiş gedişini. Sən demə vida edirəmmiş bilmədən. Ayaqları ilə gülə gülə çıxdığı həyətə kəfəndə qayıtdı qardaşım.Ürəyimi alıb yerinə ocaq qaladı , mənim yarımcan qoydu qardaşım. Hər gün daha da ağır olur sənsizlik 😔🥀
Qayıt gəl, ömrünə qurban olduğum. Qayıt gəl, bacın çox darıxıb səninçün. Çox demirəm 1dəqiqəlik gəl yanıma, bir dəfə sarılım öpüm, qoxunu çəkim içimə. Söz verirəm axirətə kimi səsim çıxmaz... 😞🥀
Zəfər gününü qeyd edirik deyib atəş fəşanlıq edənlərin Allah bəlasını versin. O zəfər günü minlərlər ailənin, ananın atanın ürəyində od olub yanır. Biraz onlara hörmətiniz olsun!
Az öncə bir xanımın söyüşlü tweeti çıxdı qarşıma. Qıza baxırsan maşəAllah kukladı. Di gəl ki, fikrindən zibil tökülür. Yaraşmır, vAllah yaraşmır. Söyüş söymək kimsəyə yaraşmır, amma qadınlarda daha iyrənc görünür..:/
@muradasion Aqresiya nədən? Fikir bildirmisizsə hər bir yoruma açıq olmalısız. Və bir bağban nəvəsi olaraq deyə bilərəm ki qətiyyən boşa israf deyil. Yaxşı qulluq edilsə tarlada belə meşə salmaq olar. Gecəniz xeyrə🙂
@muradasion Bizim kimi sadə insanların əlindən gələn sadəcə budu. Təbiəti sizin yazdığınız yolların ümidinə buraxsaq oturub məhvini izləməliyik. Çünki o fabrikləri, o otelləri, o villaları tikənlər bizlər deyilik ki bizlər də son qoyaq
@muradasion On toxumdan biri belə bitsə gələcəyə böyük ümiddi. Ama yenə də təbiəti öz ümidinə buraxa bilmərik. Məhv etdiyimiz şeyləri özümüz təmir etməliyik
@muradasion Özünü bərpa etməsini gözləmək axmaqlıqdı. Buna illər lazımdı. İllər əvvəl bizim rayonun dağında yanğın olmuşdu hələ də o yanam ağaclar, yanan sahə özünə gəlməyib. Ama əslində daha yaxşı üsul var. Yediyimiz meyvələrin toxumlarını zibilə atmaq yerinə torpağa basdıra bilərik