"Regional Expo 2026: Quba" Sammitinin təşkilatçılarından olan TECHERA şirkətinin nümayəndələri MÜSİAD Azərbaycan rəhbərliyi ilə dərnək mərkəzimizdə görüş keçiriblər. Görüşdə qarşılıqlı əməkdaşlıq və sammitlə bağlı məsələlər müzakirə olunub.
Bu gün milli dövlətçilik tariximizin şanlı səhifələrindən olan 28 May – Müstəqillik Günüdür! 🇦🇿
Üçrəngli bayrağımız həmişə ucalarda dalğalansın, müstəqilliyimiz əbədi olsun!
Birlik, bərabərlik və qardaşlığımızın daha da möhkəmlənməsi diləyi ilə millətimiz və bütün İslam aləminə sağlamlıq, əmin-amanlıq və bərəkət dolu bayramlar arzulayırıq.
Qurban bayramımız mübarək olsun!
Mayın 22-də Quba Olimpiya Kompleksində Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan, TECHERA və Quba İş Adamlarına Dəstək (QİAD) platformasının təşkilatçılığı ilə “Regional Expo Quba 2026” tədbiri keçirilib.
MÜSİAD Azərbaycan və Techera.az-ın təşkilatçılığı ilə 2026-cı ilin noyabr ayında Gəncə şəhərində “Regional Expo Gəncə 2026” — Region Sahibkarlarının Təqdimat Sərgisi keçiriləcəkdir.
MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan və İdarə Heyəti üzvləri əczaçılıq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən Orizon Labs şirkətinin istehsalat zavodunu ziyarət ediblər.
Büyükelçimiz Birol Akgün WUF13 öncesinde "Seranit ve Sinerji Pro Azerbaycan" tarafından “2026 Mimarlık ve Şehircilik Yılı” kapsamında şehirlerin geleceği, sürdürülebilir yaşam alanları ve insan odaklı tasarım anlayışı üzerine düzenlenen “InVision Design Talks II 2026” etkinliğine iştirak ederek bir hitapta bulunmuştur.
MÜSİAD Azərbaycan üzvü olan “Seranit Azərbaycan” və “SinerjiPro”nun birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “InVision Design Talks Baku – Dizaynda Yeni Keçidlər: Narrativ və Ağıl” tədbiri keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, ŞKTC nümayəndəsi Ufuk Turganer, MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvü Azər Göyüşov və dərnək üzvləri Fəxri Xiyabanı ziyarət edərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Isparta Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Metin Çelik və rəhbərlik etdiyi nümayəndə heyəti MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan, İdarə Heyətinin üzvləri və üzvlərimiz ilə dərnək mərkəzimizdə bir araya gəliblər.
MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan və bərabərindəki nümayəndə heyəti, 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu - “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” sərgilərini ziyarət ediblər.
Bakıda Türk Mühəndislər Dərnəyinin təşkilatçılığı ilə, MÜSİAD Azərbaycanın da tərəfdaşı olduğu “IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi” təşkil olunub.
Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə ölkə təmsilçisi Dr.Tabip Gülbay bərabərindəki nümayəndə heyəti MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət ediblər. Görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan və İdarə Heyəti üzvləri iştirak ediblər.
Rəqəmsallaşma, Elmi-tədqiqat, İnnovasiya və Brendləşmə Komissiyasının sədri Qurbanəli Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) TUDİFAK tələbələri ilə MÜSİAD Azərbaycan ofisimizdə bir araya gəliblər.
İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib. Tədbirdə MÜSİAD Azərbaycan sədri Fuat Kayhan və sabiq sədr Rəşad Cabirli də iştirak ediblər.
MÜSİAD Baş Qərargahının Baş katibi Ahmet Dilsiz, Baş katibin müavini Mehmet Çakmak, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan və İdarə Heyəti üzvlərimiz Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyevi ziyarət ediblər.
MÜSİAD Baş katibi Ahmet Dilsiz, Baş katibin müavini Mehmet Çakmak, MÜSİAD Azərbaycan sədri Fuat Kayhan və birinci müavin Hüseyin Yapar, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün ilə görüşüb.
Təşkilatlanma, Üzv Qəbulu və Üzvlərlə Əlaqələr Komissiyasının üzv ziyarətləri proqramı çərçivəsində, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan, İdarə Heyətinin üzvləri və dərnək üzvlərinin iştirakı ilə üzv şirkətlərimizdən biri olan “Hilal Travel” ziyarət olunub.
MÜSİAD Azərbaycan İdarə Heyəti sədri Fuat Kayhan, İdarə Heyəti üzvləri və dərnək üzvlərimizin iştirakı ilə üzv şirkətlərimizdən biri olan “Proyapı Mühendislik ve Müşavirlik Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ziyarət olunub.