Nəqliyyat dəhlizlərinə gəlincə, əlbəttə, biz onların qısa müddətdə reallaşdırılmasını istəyirik. Ermənistan, nəhayət, qərar verməlidir ki, onlar bunu necə görmək istəyirlər.
Mən Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən qarşıya məhz bu vəzifəni qoydum ki, biz idmançılara şərait yaratmalıyıq, onlardan isə nəticə gözləməliyik.
Respublika və beynəlxalq fənn olimpiadalarının qalibi olmuş Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynov Massaçusets Texnologiya İnstitutununda (MIT) tam təqaüdlə təhsil imkanı əldə edib.
Şagirdimizi təbrik edir, təhsilində uğurlar arzulayıram.
Dövlət Proqramı çərçivəsində 2022–2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşı xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində əsasən magistratura səviyyəsi üzrə təhsil alacaq.
Cənab Prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixli Sərəncamına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bu tarixi qərara görə cənab Prezidentə təşəkkür edirik.