Research Fellow at the Center for Analysis of International Relations. (@aircenteraz ); Lecturer at Baku State University (@bdu_eduaz), associate professor
@MetinMemmedli10 : "Düşünürəm ki, sülh prosesini irəli aparmaq üçün Ermənistan hökumətinin ən vacib vəzifələrindən biri ilk növbədə cəmiyyəti sülhə hazırlamaq olmalıdır. Yəni sülhə hazır olmayan cəmiyyətlə sülh prosesini irəli aparmağa o qədər də optimist yanaşmıram. Ermənistan hökumətinin ən vacib vəzifələrindən biri daxildə məhz bu revanşizm meyillərinin qarşısını almaqdır, nəinki ona rəvac vermək".
https://t.co/ZgKdYpXola
BMTMM-in şöbə müdiri @MetinMemmedli10 ARB24-ə regional gündəmin aktual məsələlərini şərh edib.
🔹️Cənab Prezidentin də qeyd etdiyi kimi, itkin düşmüş şəxslərin taleyinin araşdırılması Azərbaycan dövləti üçün ən vacib məsələlərdən biridir. 44 günlük müharibədən sonra sülh prosesinin əsas istiqamətlərindən biri humanitar məsələlərin həllidir;
🔹️Azərbaycan dəfələrlə Ermənistandan itkin düşmüş şəxslər barədə məlumatların təqdim olunması, humanitar məsələlərin həlli və etimad mühitinin yaradılması istiqamətində konkret addımlar gözlədiyini bəyan edib. Lakin Ermənistan bu çağırışlara adekvat reaksiya verməyib;
🔹️Ermənistanda Azərbaycan tərəfindən məhkəmə qarşısına çıxarılmış və cinayətləri sübuta yetirilmiş şəxslərin siyasi məhbus kimi təqdim edilməsi və onların azadlığa buraxılmasına çağırış edilməsi sülh prosesinə ciddi mənfi təsir göstərən addımdır;
🔹️Avropa İttifaqının Ermənistana münasibətdə atdığı addımlar təsadüfi və fraqmentar xarakter daşımır. Bu siyasət Aİ-nin regional strategiyasının tərkib hissəsidir;
🔹️Aİ müxtəlif siyasi, diplomatik, iqtisadi və ticari vasitələrdən istifadə etməklə Ermənistanın Avropaya inteqrasiyasını dəstəkləyir. Bununla paralel olaraq Ermənistanın Rusiyadan uzaqlaşdırılması istiqamətində də proses gedir;
🔹️Ermənistanın əvvəlki illərlə müqayisədə Rusiya ilə Qərb arasında manevr imkanları əhəmiyyətli dərəcədə məhdudlaşıb. Rusiya hakimiyyəti Ermənistandan daha qəti mövqe tələb edir və bildirir ki, Ermənistan həm Avropa İttifaqı ilə inteqrasiyanı dərinləşdirib, həm də Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında əvvəlki formatda qala bilməz;
🔹️Rusiya dəmir yollarının idarə olunması məsələsində öz mövqeyini qorumağa çalışır. Ermənistanın konsessiyanı hansı ölkəyə ötürməyi düşündüyü və Moskvanın buna qarşı hansı imkanlara malik olduğu isə əsas açıq suallardan biridir.
https://t.co/215L7s8Kmk
BMTMM-in şöbə müdiri @MetinMemmedli10 Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı səsləndirdiyi tezislərlə bağlı Azxeber.com-a müsahibə verib.
Əsas məqamlar:
🔹️Azərbaycan 2020-ci ilə qədər torpaqları işğal olunmuş, əraziləri itirilmiş bir ölkə hesab edilirdisə, 2020-ci ildən sonra ölkənin geosiyasi statusu dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü uğurla təmin etmiş bir dövlətdir. Bu amil regionda yeni geosiyasi reallıqlar yaradıb və ölkəmizin beynəlxalq nüfuzunun artmasına ciddi təsir göstərib;
🔹️Azərbaycan müxtəlif qlobal və regional məsələlərin həlli ilə bağlı bir sıra təşəbbüslərlə çıxış edib;
🔹️Dünyanın əsas güc mərkəzləri ilə, böyük dövlətlərlə, eyni zamanda digər ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmətə və ədalətə əsaslanan münasibətlər qura bilmişik;
🔹️Bizim xarici siyasətimizin əsas hədəflərindən biri həm yerləşdiyimiz regionda, həm də bütövlükdə dünyada sülhə, anlaşmaya və əməkdaşlığa töhfə verməkdir;
🔹️Azərbaycanın malik olduğu enerji resursları yalnız özümüzün enerji təhlükəsizliyimizin deyil, həm də digər ölkələrin və hətta regionların enerji təhlükəsizliyinin təmin olunmasında çox böyük rol oynayır.
https://t.co/s3sFozAPe5
.@MetinMemmedli10 Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi mesajlarla bağlı AZTV-nin "Hədəf" proqramına müsahibə verib.
https://t.co/9g96wQm7VM
Head of Department @MetinMemmedli10 article, titled “The Place of Central Asia in Azerbaijan’s Foreign Policy,” has been published by EU Reporter.
Key issues addressed in the article include:
🔹Azerbaijan is more than a South Caucasian state: it is an active participant in a wider geopolitical space where the Caucasus, Central Asia, the Middle East, the Black Sea basin, and Europe intersect.
🔹Disruptions to global supply chains, heightened political and commercial risks associated with traditional northern routes amid the Russia-Ukraine war, rising demand for alternative links between Europe and Asia, and states’ desire to reduce their dependence on particular transport routes have all intensified interest in the Trans-Caspian route.
🔹By developing relations simultaneously with Europe, the United States, Türkiye, Russia, China, the Middle East, and Central Asia, Baku seeks to avoid unilateral dependence on any one center of power.
🔹The strategic partnership with Tajikistan demonstrates Azerbaijan’s more inclusive approach. This approach regards Central Asia as a space of shared security, transport, economic development, and civilizational connections rather than one defined by ethnic boundaries.
Read more: https://t.co/M9UBhlFYep
BMTMM-in şöbə müdiri @MetinMemmedli10 REAL TV-yə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” birgə hərbi təliminin siyasi məzmunu və regional əhəmiyyəti ilə bağlı müsahibə verib:
🔹️“Birliyin Gücü-2026” hərbi təlimləri üç ölkənin hərbi əməkdaşlığının institutlaşması istiqamətində atılan addımlardan biridir. Təlimlərin məqsədi ənənəvi və qeyri-ənənəvi təhdidlərə qarşı üç dövlətin birgə müdafiə imkanlarını gücləndirməkdir;
🔹️Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının Türk Dövlətləri Təşkilatı (TDT) platformasına da yayılması diqqətəlayiqdir. Cənubi Qafqazın yaxınlığında müharibələrin getdiyi, mürəkkəb geosiyasi proseslərin yaşandığı bir şəraitdə müttəfiq dövlətlər arasında hərbi əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır;
🔹️Azərbaycan və Türkiyə regionda sabitləşdirici güc rolunu oynayır, kənardan gələn mənfi təsirlərin neytrallaşdırılmasına töhfə verirlər;
🔹️Ötən il Prezident İlham Əliyev TDT-nin Qəbələ Zirvəsində 2026-cı ildə birgə hərbi təlimlərin keçirilməsini təklif etmişdi. “Birliyin Gücü-2026” təlimlərini Prezidentin bu çağırışına cavab olaraq atılan ilk addımlardan biri kimi qiymətləndirmək olar;
🔹️Təlimlərin işğaldan azad edilmiş əraziləri də əhatə etməsinin böyük siyasi və mənəvi əhəmiyyəti var.
https://t.co/iP2cqAKspR
BMTMM-in şöbə müdiri @MetinMemmedli10 Rusiya-Ukrayna münaqişəsində intensivləşən qarşılıqlı zərbələrin proseslərin sonrakı gedişatına mümkün təsirlərini təhlil edib.
Əsas məqamlar:
🔹️Qarşılıqlı zərbələrin intensivləşməsi hər iki tərəfin tükəndirmə strategiyasının tərkib hissəsi olmaqla yanaşı, mümkün danışıqlar prosesində mövqelərin möhkəmləndirilməsinə hesablanıb;
🔹️Ukraynanın müqavimət potensialını qoruyub saxlamasında daxili amillərlə yanaşı, Qərbin, xüsusilə də maliyyə dəstəyinin timsalında xarici amillər də əhəmiyyətli rol oynayır. Bu dəstək kifayət etməsə də, Ukraynanın müqavimət qabiliyyətini müəyyən səviyyədə qoruyub saxlamasına imkan verir;
🔹️Yaxın perspektivdə tərəflərin strateji məqsədlərinə tam şəkildə çatması gözlənilmir;
🔹️Rusiya Prezidenti Vladimir Putinin ölkənin hərbi büdcəsinin və ordunun ştat sayının artırılması ilə bağlı fərman imzalaması müharibənin 2027-ci ildə də yüksək intensivliklə davam etdiriləcəyinə hesablandığını göstərir;
🔹️Noyabr ayında keçiriləcək aralıq seçkilərdən əvvəl ABŞ- nin Ukrayna ilə bağlı məhdud da olsa, sülh razılaşmasına nail olmaq istiqamətində səylərini artıracağı gözlənilir. Qarşılıqlı olaraq infrastruktur, enerji və mülki obyektlərə zərbələrin endirilməməsi, eləcə də digər humanitar məsələlərlə bağlı razılaşmaların əldə olunması ABŞ-nin əsas hədəflədiyi məsələlər sırasındadır.
https://t.co/rU0VtrPLmi
BMTMM-in şöbə müdiri @MetinMemmedli10 : "Baku Research Institute” saytında dərc olunan “The Unbearable Cost of Azerbaijan’s Territorial Integrity” adlı məqaləni, daha dəqiq desək, cızma-qaranı əminliklə uzun illərdir radikal erməni siyasi və informasiya dairələrinin dövriyyəyə buraxdığı birtərəfli, qərəzli və əsassız narrativlərin təkrarı hesab etmək olar.
https://t.co/cQ3JJnYUc4
.@MetinMemmedli10 : "Dünyada ədalət prinsiplərinin işləmədiyinə şahid olan ölkələrdən biri də Azərbaycandır. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi dövründə biz bu ədalətsizliyin birbaşa şahidi olduq. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi beynəlxalq sənədlərlə, BMT Təhlükəsizlik Şurasının sənədləri ilə təsdiq olunmuşdu. Buna baxmayaraq Avropa Şurası, Avropa və digər strukturlar tərəfindən gözlənilən addım atılmadı".
https://t.co/VrWaQPcqUT
.@MetinMemmedli10 : "19-20 sentyabr tarixlərində keçirilən birgünlük antiterror tədbirləri Azərbaycanın dövlətçilik tarixində çox dərin siyasi, mənəvi və strateji mənası olan mühüm bir mərhələdir”.
https://t.co/uE57VkbHgP
BMTMM-in şöbə müdiri @MetinMemmedli10 Musavat.com-a müsahibə verib:
🔹️Beynəlxalq münasibətlər sistemində BMT-nin rolu xeyli aşağı düşüb;
🔹️İstər ikitərəfli, istərsə də çoxtərəfli diplomatiyada orta güclərin rolunun artdığı müşahidə olunur;
🔹️Beynəlxalq münasibətlər sistemində əsas aktorlar dövlətlər və onların maraqlarıdır.
https://t.co/dlUCerc8kw
Şöbə müdiri @MetinMemmedli10 BMT-nin 81 sessiyasının gündəliyi, Rusiya-Ukrayna münaqişəsi və Cənubi-Qafqazda normallaşma prosesləri ilə bağlı AZTV-nin Hədəf proqramına müsahibə verib.
Əsas məqamlar:
🔹️ BMT mövcud beynəlxalq münasibətlər sistemində 80 il əvvəl formalaşmış reallıqları əks etdirir;
🔹️BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin özlərinə aid məsələlərdə veto hüququndan istifadəsinin məhdudlaşdırılması nəzərdən keçirilməlidir;
🔹️Türk dövlətləri və İslam dünyası ölkələrinin artan siyasi, iqtisadi və hərbi potensialı BMT-də daha geniş təmsilçiliyi şərtləndirir.
🔹️BMT Ukrayna münaqişəsi üzrə diplomatik təmaslar üçün platforma rolunu oynaya bilər, lakin münaqişənin həlli üçün həlledici platforma deyil.
🔹️ Cənubi Qafqazda normallaşma prosesinin davam etdirilməsi üçün Ermənistandan yalnız mesajlar deyil, konkret fəaliyyət planının ortaya qoyulması gözlənilir.
Ətraflı: https://t.co/sGmdGet7Tg
BMTMM-in şöbə müdiri @MetinMemmedli10 IV Bakı Təhlükəsizlik Forumu ilə bağlı Globalinfo-nun suallarını cavablandırıb.
Əsas məqamlar
🔹️IV Bakı Təhlükəsizlik Forumu təhlükəsizlik strukturları arasında dialoq və təcrübə mübadiləsi üçün mühüm platformadır.
🔹️Bakı beynəlxalq təhlükəsizlik və diplomatiya platformalarından biri kimi çıxış edir.
🔹️Forumda rəqabətdə olan kəşfiyyat xidmətlərinin rəhbərlərinin iştirakı Azərbaycanın beynəlxalq nüfuzunu və dialoq imkanlarını göstərir.
Ətraflı:https://t.co/MqYkvW76Ti
BMTMM-in şöbə müdiri @MetinMemmedli10 Aİ-nin Ermənistanla ticarətin liberallaşdırılması üçün müvəqqəti tədbirlər razılaşdırmaqla bağlı qərarını və onun uzunmüddətli nəticələrini ARB24-ə şərh edib.
.@MetinMemmedli10 :"Beynəlxalq təşkilatların funksionallığı ilə bağlı hər zaman suallar mövcud olub. Realist yanaşma göstərir ki, dünya siyasətində əsas söz sahibi dövlətlər və onların milli maraqlarıdır. Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasında da əsas rolu regionun aparıcı dövləti olan Azərbaycan oynayıb".
BMTMM-in şöbə müdiri Mətin Məmmədli "Hədəf" verilişindəki çıxışında Prezident İlham Əliyevin Naxçıvana səfəri, bir sıra əhəmiyyətli infrastrukturların açılış mərasimində iştirakı, həmçinin səfər çərçivəsində çatdırmaq istədiyi mesajları şərh edib.
https://t.co/PW2msqKS1W
BMTMM-in şöbə müdiri Mətin Məmmədli APA-ya açıqlamasında Vaşinqton görüşünün Azərbaycan–Ermənistan sülh prosesində tarixi əhəmiyyətini və ötən bir ildə əldə olunan nəticələri dəyərləndirib
https://t.co/jDoV7K7jVB