Azərbaycan öz ərazisində döyüşmüş, öz ərazi bütövlüyünü bərpa etmişdir və bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Avropa İttifaqı ilə Azərbaycan tərəfindən paraflanmış sənədə uyğundur.
Biz artıq quruculuq işlərinə başlayırıq. Qarabağın tacı olan Şuşa şəhərinə aparacaq Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu yolun xüsusi əhəmiyyəti var. Çünki işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən ilk layihədir.
Bizim Qələbəmiz yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də şərlə mübarizədir. Çünki biz qurub yaradan xalqıq. Xalqımız bir daha öz böyüklüyünü göstərəcək.
Son Şəhid təyyarəmiz gəlir.
Şuşa uğrunda canından keçən 14 Naxçıvan Cəngavərini 13 Noyabr səhər saat 07:00-da Naxçıvan hava limanında qarşılayacağıq.
Bütün Naxçıvan orda olacaq!
Şəhidlərimizin qarşısında baş əyirik...
Yaralı hərbçilərimizin bundan sonra da normal həyata qayıtması üçün bütün lazımi tədbirlər görüləcək. Şəhid ailələrinin problemləri öz həllini tapacaq.
Bu, bizim hər birimizin həyatında ən xoşbəxt anlardır. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərdi.
Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Onlar torpağımızı düşməndən qarış-qarış azad edib, bu Zəfəri xalqımıza nəsib ediblər.
Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Biz tarixi Qələbəmizi hüquqi və siyasi müstəvidə daha da möhkəmləndirəcəyik.