Prime TV-də Aygün Muradxanlı ilə Ermənistan seçkilərinin ilkin nəticələrini və bu seçkilərə böyük diqqətin səbəblərini müzakirə etdik.
Azərbaycanımızın daxili problemlərinə də- siyasi məhbuslar, təhsildə ciddi islahatlar zərurəti və s., diqqət yetirdik.
https://t.co/zidJUZ5ib4
BBC-də Seadet xanım Akifqızına müsahibə verdim. Azərbaycan-Avropa münasibətləri və ölkəmizdə ictimai-siyasi vəziyyət haqda sualları cavablandırdım. 56 dəqiqəlik müsahibədən 45 dəqiqəlik hissə qalsa da mövqeyimi əsasən saxlayıblar.
https://t.co/jKAIAWQqF5
Müsavat Partiyası Azərbaycanda da, Türkiyədə də siyasi rəqabətin dinc məcrada davam etməsinə, problemlərin inzibati resurslardan istifadə edilmədən və xalqın iradəsi ilə həll olunmasına tərəfdardır.
https://t.co/i2bzqb7Qpx
Press Klubda Elçin Rüstəmli ilə ABŞ və İsrailin İranla müharibəsinin gedişi, ilkin nəticələri və mümkün istiqamətləri haqda danışdıq. Əsas diqqəti bu savaşın Azərbaycanla bağlı tərəflərinə, edilənlər və edilməli olanlarla bağlı məqamlara yönəltdik.
https://t.co/PcjzK8n6z4
Xocalı soyqırımının 34-cü ildönümündə Ana Harayı Abidəsinin qarşısında şəhidlərimizi yad etdik.
Ermənistan və Rusiya hərbçilərinin bu birgə cinayətindən yüz illər keçsə də unutmayacağıq.
Tanrı bütün şəhidlərimizin ruhunu şad etsin!
Xocalı soyqırımının 34-cü ildönümündə Müsavat Partiyasının rəhbərliyi və bir qrup üzvü "Ana fəryadı" abidəsini ziyarət edib.
Allah şəhidlərimizə rəhmət eləsin!
26.02.2026
Gələcək - millətləri süngü gücü ilə qurulan rejimə boyun əydirənlərin deyil, milli hakimiyyətə, haqqa və hüriyyətə dayanan istiqlalçılığındır.
- Məhəmməd Əmin Rəsulzadə
Bu gün Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin 142-ci doğum günü münasibəti ilə Novxanı kəndində yürüş-mitinq keçirdi.
Müsavatçılar daha sonra Novxanı qəbirstanlığında Rəsulzadənin qohumlarının məzarlarını ziyarət ediblər.
Tədbirin VİDEOSU:
https://t.co/SKUfPe1lyG
Bu gün Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin 142-ci doğum günü münasibəti ilə Novxanı kəndində yürüş-mitinq keçirdi.
Müsavatçılar daha sonra Novxanı qəbirstanlığında Rəsulzadənin qohumlarının məzarlarını ziyarət ediblər.
Tədbirin VİDEOSU:
https://t.co/SKUfPe1lyG
Müsavat Partiyası yanvarın 31-də, saat 12:00-da Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı Novxanı qəsəbəsindəki abidəsi önündə tədbir keçirəcək.
Arzu edən hər kəs tədbirdə iştirak edə bilər.
Müsavat başqanı İsa Qəmbər Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğramasından kədərləndiyini bildirir, həlak olan hərbiçilərin ailələrinə, yaxınlarına və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.
Müsavat Partiyasının qərargahında siyasi məhbuslarla bağlı tədbir keçirildi
Tədbirdə siyasi məhbus ailələri, vəkillər və hüquq müdafiəçiləri iştirak etdilər. Siyasi məhbusların 8 Noyabr - Zəfər günü ərəfəsində azad olunmasına çağırış edildi.
https://t.co/7XQi2AXeap