Instagram-da izlədiklərimin yarısı araşdırdığım Bakının say-seçmə həkimləridir. Ətrafıma həkim lazım olsa, məndən soruşurlar. Üstəlik, aptekə girəndə “dünyanın xoşbəxti mənəm dünyada” oluram, gözlərim də parıldayır. Bunu mənə yaxınlarım deyir. Bəli, başım xarab olub 🤭
İndi isə keçək daha ciddi mövzuya. Əziz xanımlar, siz də mənim kimi eyni çantanı içini dəyişmək dərdindən aylarla sərasər istifadə edirsiniz? Bunun çarəsi nədir? Heç olmasa, həftəyə birini götürüm😒
Psixoterapevtim bərk-bərk tapşırıb ki, ciddi hadisələrdən uzaq dur. Ona görə də qeyri-ciddi mövzuda fikrimi bəyan etmək istəyirən😂Aksiya, mitinq gördüyünüz kimi elə də qorxulu bir şey deyil - sivil qaydada etiraz etmək hər bir vətəndaşın haqqıdır, lap elə Bakının küçələrində 😜
Bir səhifəni vərəqləyib digərinə keçmək hələ belə ağır olmamışdı. Əsəri kitab rəfindən təsadüfən seçmişdim, ağlayaraq oxuyacağımı, həzm etmək üçün günlərlə fasilə verəcəyimi isə ağlıma belə gətirməzdim.
📚Şin Qyonq-Suq | “Anam sənə əmanət”
“Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev”, “İstintaq”, “Səhranın bəyaz günəşi”, “Ölsəm, bağışla”, “Ad günü”, “Park”, “Əlvida, cənub şəhəri”... Rüstəm İbrahimbəyovun filmoqrafiyası bu qədər zəngindir.
Əlvida, sənətkar! Nəhəng və zəngin kino dövrümüz beləcə bağlandı..
“Monitor” jurnalı və Elmar müəllimin araşdırmaçı qələmi bizi azad medianın və araşdırma jurnalistikasının varlığına inandırmışdı. 17 il bundan əvvəl, mart ayında sui-qəsd nəticəsində qətlə yetirilənə kimi. “Qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb”- insanı da bu yandırır..