Bakalavrı bitirdim
Diplom müdafiəsi
Magistr qəbulu
İşimi dəyişdim
Cəmi 4cə kitab oxudum
Çoxluca Hotwheels aldım
Arada 2 dəfə kəndə gidibənə gəldim
Pis deyildi, istirahətim bu ildə qaldı sadəcə.
Bütün bu imtahan, qəbul balı, universitet imtahanları və bunları bitirəndən sonra görürsən ki, hələ öyrənməli olduqların indi başlayır. Bezmişəm deyə soruşsaz,sevdiyim və xəyalında olduğum işdəyəm deyə bezməmişəm, ləzzət edir proses.Amma anlıq reaksiya verməməyi, səbri öyrənmişəm
402 bal yığmışdım, nənəm qoç zad kəsmişdi. Amma evdəkilərin bir tək söymədiyi qalmışdı.Düzünə qalsa balım vecimə deyildi. Mamagil 600 istəyirdilər məndən, elə bilirdilər kəsiləcəm,biz qəbul olan il ballar 120 bal qalxmışdı deyə.
Ayallah camaatın 250i balı sürünə sürünə keçən uşağı harasa əlin ilişdirib deyə valideynləri az qalır yeddi cəddinə qonaqlıq versin. Biz o vaxt 570 yığıb 600ü keçə bilməmişdik deyə evdə yas qurulmuşdu həyatımın ən travmatik hadisəsi idi. Bircə atam rəhmətlik sevinmişdi balıma.