Yeni il gəlir. Heç fərqində olan var ? Şəxsən mənim üçün daha fərq etmir gələn yeni illər. Yeni bayramlar. Sanki həyat monotonlaşıb. Əvvəl süfrədə toyuq qızartma olanda,o süfrədə olan ləzzət,söhbət hər şeyə dəyərdi.Amma,indi nə qədər naz-nemət olsa da,o toyuğun dadın vermir..
Qanla vermişdik Qarabağı ,qanla tam alardıq deyənlər,isti evində oturub rahat-rahat deyir. Amma,müharibənin daha 10gün uzanması neçə ananın gözü yaşlı qalması demək idi,neçə evə od düşməsi demək idi başa düşmək istəmir heç kəs. Həqiqətən də c��bhədə olmadan danışmaq çox asandır..
Məncə rəsmi deyilənlərdən daha çox torpaqlarımız işğaldan azad edilib. Buna görə də "şərəfsizlər" ortalığı qızışdırır ki,3cü dünya müharibəsini başlatsınlar və Qarabağ arada qaynasın,unudulsun,yenidən işğal edilsin. Amma,hələ çox istəyərlər heç istəklərinə çatmazlar))
Vətən sağ olsun. Necə asan səslənir hə? Amma,hər bu sözün altında bir evə od düşdü mənası yatır. Kimlərinsə oğlu,atası,qardaşı,nişanlısı,həyat yoldaşı həyatını itirir. Həqiqətən asan səslənirmi vətən sağ olsun sözü?..
#StopArmenianAggression#KarabakhisAzerbaijan#Ganja
İl 2035:
Bütün torpaqlar azad olub.Hər şey qaydasına düşüb.Bu illərdə olan hadisələri 2025li falan uşaqlara danışırıq. Covid bitib,artıq bilim çox inkişaf edib,xərçəngin müalicəsi var. Gözümüzü açıb yumacağıq və bunlar gerçəkləşəcək. Sadəcə inanın və səbr edin..