Ürək-damar cərrahı Anar Əmrah dünyamiqyaslı konfransda iştirak edib.
“ABŞ-ın Ürək Cəmiyyəti”nin təşkilatçılığı ilə keçirilən konfrans çərçivəsində ürək-damar cərrahları Anar ƏMRAH və Eldar VƏLİYEV Mount Sinai Xəstəxanasının Ürək mərkəzində əməliyyatlarda da iştirak ediblər.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edən 47 yaşlı kişi üzərində böyrəkköçürmə əməliyyatı urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad ŞOLANın rəhbərliyi ilə uğurla həyata keçirilib. Donor xəstənin dayısı oğlu olub.
“Smile Laser”əməliyyatı
Bu üsul miopiyada -10 nömrəyə, astiqmatizmdə isə -5 nömrəyə qədər müalicə imkanını təmin edir. Reabilitasiya müddəti bir gündür və ertəsi gün pasiyent öz işinə qayıda bilər. 🙏
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkim-kardioloqu Rauf SƏMƏDOVla ürək sağlamlığınız etibarlı əllərdədir! Ürəyinizdə narahatlıq olmasa belə, ildə 1 dəfə kardioloqun müayinəsindən keçin.
☎️ 012 913
Aşağı çənə oynağı problemləri ilə üzləşən insanları əsas narahat edən çeynəmə zamanı xırtıltı səsinin eşidilməsi, dişləmə və çeynəmə zamanı yaranan ağrı hissidir.Zərbə-dalğa terapiyası vasitəsilə bir neçə seansa problemin öhdəsindən böyük müvəffəqiyyətlə gəlmək olar.
☎️ 012 913
#BizəYazırlarKi: “@RMDM_Baku-ya mama-ginekoloq Vüsal MEHDİYEVə görə gəldim və yanılmadım. Başda Dr. Vüsal olmaqla, bütün tibbi heyətə dərin təşəkkürümü bildirirəm! Ailəmizə çəkisi 3800 qram, boyu 53 sm olan “möcüzə” – Allahın gözəl payını bəxş etdiniz.” 🙏
Onurğa əyriliyi daha dərin bir prosesdir, səthi masajla əyriliyi aradan qaldırmaq qeyri-mümkündür. Buna görə də hər bir skoliozlu pasiyentə fərdi yanaşılmalı, kompleks müalicə tətbiq olunmalıdır.
☎️ 012 913
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin cərrah-uroloq, transplantoloqu, t.ü.f.d. Rəşad ŞOLAN Amsterdam şəhərində dünyamiqyaslı konqresdə iştirak edib. Konqres “İnterstisial sistitin öyrənilməsi üzrə Avropa Cəmiyyəti”nin təşkilatçılığı ilə keçirilib.
Respublika Diaqnostika Mərkəzi tərəfindən 16-21 dekabr tarixində "Bir kart" sahibləri üçün ürək-damar cərrahları Natiq MİRZƏYEVin və Pərviz MƏMMƏDOVun, ümumi cərrah İbrahim ƏFƏNDİYEVin qəbulu ödənişsiz, USM, MRT və KT müayinələrinə isə 15% endirim olacaq.
İştirak üçün: 012 913
Mərkəzimizdə ana olanlara bəxş edilən gözəl xatirə 👣
Siz də “Körpənin ilk fotosessiyası” xidmətimizdən faydalanmısınızsa, şəkilləri göndərin, biz paylaşaq 👼
Prof. Dr. Ahmet MEMİŞin rəhbərliyi ilə @RMDM_Baku-nun həkim-rezidenti Nigar BAYRAMOVA hazırladığı “Böyrək damar xəstəliklərinin müalicəsində invaziv radiologiya” mövzusunda çıxışı ilə birinciliyə layiq görülmüş,ECR – Avropa Radioloji Konqresində iştirak etmə şansı əldə etmişdir.
@RMDM_Baku bu vakansiyalar üzrə işçi qəbulu elan edir:
1.“Həkim” (Təcili tibbi yardım)
2.“Tibb bacısı” (Təcili tibbi yardım)
3.“Tibb bacısı” (Ümumi Anesteziologiya və Reanimasiya şöbəsi)
Maraqlananlar CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
#BizəYazırlarKi: “Peşəkar həkimləri bir araya gətirdiyiniz üçün təşəkkür edirəm. Mükəmməl, əlləri, ürəyi “qızıl” həkimim – mama-ginekoloq Vüsal MEHDİYEV, tibb bacıları, həkim köməkçiləri, anestezioloq-reanimatoloq Araz SÜLEYMANOV – hər biri işinin peşəkarıdır!” 🙏
@RMDM_Baku-ya müraciət edən 40 yaşlı kişidə nadir rast gəlinən patologiya – interstisial sistit aşkarlanıb. Urologiya və transplantologiya sahəsində tanınmış cərrah olan Rəşad ŞOLANın rəhbərliyi ilə həyata keçirilən əməliyyat ilə pasiyentdə süni sidik kisəsi yaradılıb.