2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.
Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram.
🇦🇿Yaşasın Azərbaycan!
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
Azərbaycan COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq tədbir olan WUF13 kimi daha bir mühüm qlobal tədbirə ev sahibliyi etmək şərəfinə nail oldu.
Biz bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusilə də UN-Habitat-ı uğurlu və nəticəyönümlü WUF13 münasibətilə təbrik edirik.
Təxminən 60 min iştirakçının rekord sayı ilə WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Seqmenti qlobal şəhərsalma gündəliyinə daha böyük siyasi impuls vermiş oldu.
WUF13 çərçivəsində aparılan zəngin və hərtərəfli müzakirələr iki mühüm yekun sənədin — Sədrin Xülasəsi və “Bakı Fəaliyyətə Çağırış” sənədinin qəbul olunması ilə nəticələndi. Urbisid, kultursid və ekosidin qurbanı olmuş ölkə kimi Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədən sonrakı bərpa səylərinin yüksək qiymətləndirilməsindən qürur duyuruq; bu səylər dünyanın digər post-münaqişə bölgələri üçün dəyərli nümunə kimi vurğulanır.
Forumdan irəli gələn və yekun sənədlərdə öz əksini tapan ideyalar — təmiz hava və dayanıqlı şəhər inkişafından tutmuş mədəni irsin qorunması və İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərin ehtiyaclarınadək — qlobal şəhərsalma gündəliyini daha da zənginləşdirəcək və istiqamətləndirəcək.
Qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə çoxtərəfliliyə və kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir.
#WUF13 #WUF13Azerbaijan @WUF13Azerbaijan
Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm.
https://t.co/NeAjRUzPBK
Hörmətli həmvətənlər!
Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
https://t.co/Atk97zWGyX
Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
https://t.co/6BKU7x9X6o
📸Vice President Vance in Baku, Azerbaijan, with the President of Azerbaijan Ilham Aliyev.
The two signed a Charter on Strategic Partnership, held bilateral meetings, and delivered remarks 🇺🇸🇺���