Qadınlar qurban edilsə, xoşbəxt olacaqsınız?! Təcavüzkarla evləndirilmədi, haqqını tələb edir deyə zərərçəkənə daş atanlar, qınadığını yaşamadan ölmür insan, unutmayın!
Zərərçəkənə təkrar-təkar o hadisəni danışmağa vadar edən ədalət sistemi, insanlar utansın!
#Cinayətkarıhəbset
Sabah təcavüzə məruz qalsaq, yenə də dəlillər bizdən istəniləcək. Yenə qadın suallara cavab verməli, sübutların arxasıyca getməli, ədalət tələb etməli olacaq. Qarşı tərəf nəyinsə sübutu üçün belə çalışmayacaq.Çünki bilir cəmiyyət qadını qınayacaq. Ən çox incidən də bax, budur.
🔥Hərbi qənimətlər parkından erməni əsgərlərin maketləri və dəbilqələri yığışdırılıb!
⚡️Mikroskop Medianın jurnalistinə parkdan bildirilib ki, maketlər və dəbilqələr təmir üçün yığışdırılıb.
▶️Daha ətraflı - https://t.co/rLtV3SM3gr
YAP binasının önündə siyasi fəallara azadlıq aksiyası keçirilib
Saxlanılanlar:
Əhməd Məmmədli
Rüstəm İsmayılbəyli
Elmir Abbasov
Samir Axundzadə
Fərid İmanov
⚡İctimai fəal Bəxtiyar Hacıyevin 27-ci polis bölməsinə aparıldığı deyilir.
🔸Deyilənə görə prezidentin korteji keçərkən fəalın polislə mübahisəsi düşüb.
🔸B. Hacıyev bu günlərdə İlham Əliyevi məhkəməyə vermişdi. Səbəb prezidentin rəsmi "Facebook" hesabının fəalı bloka atmasıdır.
Jurnalist Anar Abdulla məhkəməyə əli qandallı aparılır! Proses Nərimanov Rayon Məhkəməsində saat 14:00-da keçiriləcək. Anar Abdulla 535.1 (polisin qanuni əmrinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ittiham edilir.
Dünən siyasi fəal Niyəməddin Əhmədova azadlıq tələbi ilə keçirilən aksiyada saxlanılan aktivistlər Fuad Ahmadli , Fərid Nağıbəyli, Rəvan Babayev 70 manat cərimə edilərək sərbəst buraxılıblar.
Jurnalist Anar Abdullaya 535.1 və 510-cu maddələrlə ilə ittiham irəli sürülüb.
A Abdullanın məhkəməsi bu gün 14:00-da Nərimanov Rayon Məhkəməsində keçiriləcək.
O, dünən 18-ci polis bölməsində vəkilinin iştirakı olmadan dindirilib.