Gecə şəhərdə motosiklet sürməyin verdiyi ləzzət əladı. Amma, sürücülük vəsiqəsin pul ilə alan taksi şoferləri olmasa. Hamı bir yolnan çörək qazanır və qazanmalıdı. Amma, həqqi və məcazi mənada hər yolun da öz qaydaları var, brony.
Bəzi tanışlarımın ataları vaxtında qoruyucudan istifadə etsəydi, indi bu əziyyətə məruz qalmamış olacaqdım. S. Dali'ni paylaşmışam. Adam bilmir söhbət nədən gedir, heç tanımır da Dalini, amma sırtıq kimi gülür və lağ edir. Bilməmək ayıb deyil, amma, bilmədiyinə gülmək ayıbdı.
Bir insan niyə digər bir insanı qarda şəkil paylaşdığına görə qınasın ki? Elə yazılar görürəm ki, adamın gülməyi gəlir. Zatən, bu ölkədə gənclik o qədər də relax ola bilmir. Heç olmasa imkan verin qara görə sevinsinlər, biraz üzləri gülsün də, ala. Çox sadədi. Hərə öz işinə. Fso.
Bax qardaşım. Məsələ budur: Bərabərik amma eyni deyilik. Necə oldu? Bir daha təkrar edirik. Bərabərik amma eyni deyilik. Bildin başına dönüm? Bərabərik. "Amma"sız falan sadəcə bərabər. Biz cins olaraq göydən düşməmişik yəni. Necə oldu? Bərabər. Ay sağol. Dəli olacam e , ala.
Hazırda elə vəziyyət yaranıb ki, adam bilmir kimin üçün susmasın. Ya həqiqətən intihar, şiddət və.s. kimi hallar çoxalıb, ya da sosial media bunu daha çox önə çıxarır. Hər iki halda da problem bizdədi. Məndə, səndə və onda. Əgər inanmırsan Ondan soruş. God?
Kiməsə kitab, film və musiqi tövsiyyə edəndə özümü "Popumuz var" verilişindəki Əli Xəyyam kimi hiss edirəm. Bilmirəm necə bir şey deyim ki, həm xoşuna gəlsin , həm də məni haqqda başqa şeylər düşünməsin. Alınmır e , bro. Tamam başqa şeylər düşünürük
13-14 yaşlı qız uşaqları ilə ailə həyatı quran, " əşii, nişanlanım qalsın da, yaşı çatanda evlənərəm" deyən adamın, vətənə, millətə və ən əsası dünyaya heç bir faydası ola bilməz. Bu bir aksiomdur. Oyanı buyanı yoxdu bro.
Dünən gecədən bəri soyuqdəymənin fəsadları ilə mübarizə aparıram. Qubanın havası kankret düşmədi mənə. Dincəlməyə gedib xəstə qayıtdım. Qızdırma 39a qalxanda deyirəm day gedirəm o biri tərəfə, amma getmirəm sonra. Belə başa düşdüm ki, hələ bu tərəf daha uyğundu mənə.