Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "yaşıl" təyinatlı istiqrazları üzrə 5-ci faiz ödənişi edilib.
Növbəti kupon ödənişi çərçivəsində istiqraz sahiblərinin hesablarına ümumilikdə 3 milyon ABŞ dolları vəsait köçürülüb. Bununla da SOCAR-ın "yaşıl" istiqrazları üzrə investorlara ödənilən ümumi gəlir 15 milyon ABŞ dollarına çatıb.
Daha ətraflı məlumat Baku TV-nin hazırladığı süjetdə təqdim olunub.
#SOCARCapital #SOCARİstiqrazları #BakuTV
📈 SOCAR-ın “yaşıl” istiqrazları qazandırmağa davam edir.
İyunun 8-də istiqrazlar üzrə 5-ci kupon ödənişi uğurla həyata keçirildi. Bununla da “yaşıl” istiqrazlar üzrə investorlara ödənilən ümumi gəlir 15 milyon ABŞ dollarına çatdı.
SOCAR-ın bütün istiqraz buraxılışları üzrə faiz ödənişləri isə artıq 60 milyon ABŞ dollarını ötüb ki, bu da investorların uzunmüddətli etimadının göstəricisidir.
📍 SOCAR istiqrazlarını 1 və 5 saylı "ASAN xidmət" mərkəzləri, eləcə də ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətləri vasitəsilə əldə etmək mümkündür.
📞 *1999
🌐 https://t.co/Nrn0qgWkwW | https://t.co/o0xNpIlgco
#SOCARCapital #SOCARGreenBonds #SOCARBonds #Investment
SOCAR Capital olaraq 31-ci @BakuEnergyForum-da iştirak etdik.
Enerji sektorunun gündəmində olan aktual mövzuların müzakirə edildiyi forum, sahənin inkişaf tendensiyaları və perspektivlərinə dair dəyərli fikir mübadiləsi üçün əhəmiyyətli platforma oldu.
#BakuEnergyWeek #EnergyInnovation
As part of #BakuEnergyWeek, we had a productive meeting with Jonathan Bar, Managing Director of Apollo Global Management, Inc.
We highlighted the significance of Baku Energy Week as a key platform for advancing international energy cooperation, as well as the importance of the documents signed during the opening ceremony in further deepening our collaboration.
We also exchanged views on the prospects for future cooperation and potential areas for expanding our strategic partnership.
Üzünüzdəki təbəssüm və gözlərinizdəki sevinc dünyanı daha gözəl və işıqlı edir.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balalarımızı səmimi qəlbdən təbrik edirik!
#SOCARCapital#1iyun#UşaqlarınBeynəlxalqMüdafiəsiGünü
Şanlı tariximizə qızıl hərflərlə yazılmış 28 May — Müstəqillik Günü xalqımızın azadlıq ruhunu, dövlətçilik ənənələrini və müstəqil yaşamaq iradəsini təcəssüm etdirən ən əlamətdar günlərdən biridir.
Bu tarixi gün münasibətilə hər bir Azərbaycan vətəndaşını səmimi-qəlbdən təbrik edir, ölkəmizə sülh, tərəqqi və davamlı uğurlar arzulayırıq!
Data analitikası investorun baxış bucağını köklü dəyişir. İntuisiyaya əsaslanan qərarların yerini real vaxt rejimində işlənən məlumatlar tutur. Böyük həcmli data düzgün analiz edildikdə bazar siqnalları erkən oxunur, risk idarəçiliyi isə reaktiv deyil, proaktiv xarakter alır.
#SOCARCapital #QlobalMaliyyəTrendləri #DataAnalitikası #MaliyyəBazarları
Texnologiyanın maliyyə sektoruna inteqrasiyası artıq bir trend deyil, qaçılmaz bir reallıqdır. Bu gün bazar iştirakçıları üçün əsas üstünlük yaradan amil doğru platformaya, doğru anda çıxış imkanıdır. Rəqəmsal alətlər bu imkanı hamı üçün əlçatan edir: coğrafi məhdudiyyətlər aradan qalxır, əməliyyat xərcləri azalır, qərar qəbulu isə daha məlumata əsaslanan şəkil alır.
#SOCARCapital #QlobalMaliyyəTrendləri #RəqəmsalMaliyyə
Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur.
Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqımızın rifahı naminə göstərdiyi misilsiz xidmətlər daim minnətdarlıqla xatırlanır.
Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik!
SOCAR Capital və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi-nin tərəfdaşlığı ilə Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş IV BANM Biznes Forumu keçirilib.
SOCAR Capital-ın Baş İnvestisiya direktoru Tolga Kotan “Süni zəkanın transformativ təsiri: Biznes, idarəetmə və təhsildə yeni paradiqma” adlı panel sessiyasında çıxış edərək, öz fikirlərini iştirakçılar və auditoriya ilə bölüşüb.
#SOCARCapital #BANM #IDDA
2021-ci ildə buraxılmış 100 milyon ABŞ dolları məbləğində istiqrazlar üzrə artıq 18-ci faiz ödənişi icra edilib. İllik 4,5% gəlirlilik təqdim edən bu istiqrazlar investorlar üçün stabil və etibarlı gəlir mənbəyi olaraq qalır.
Daha ətraflı məlumat Baku TV-nin hazırladığı süjetdə təqdim olunub.
#SOCARCapital #SOCARİstiqrazları #BakuTV
SOCAR-ın 2021-ci ildə daxili kapital bazarları üçün emissiya etdiyi ikinci SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 1 may tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.
🔗Ətraflı məlumat üçün:
https://t.co/4Sz4xqQFyf
#SOCARİstiqrazları
Maliyyə bazarlarında gələcəyin dəqiq proqnozlaşdırılması mümkün olmasa da, əsaslandırılmış strategiya və effektiv risk idarəetməsi investorların dəyişən bazar şəraitinə uyğunlaşma qabiliyyətini artırır.
#SOCARCapital#HowardMarks#MarketStrategy#FinancialMarkets
FinTech maliyyə xidmətlərinin sürətini, əlçatanlığını və səmərəliliyini artıraraq sektorda əhəmiyyətli dəyişikliklərə zəmin yaradır.
#SOCARCapital#QlobalMaliyyəTrendləri#FinTech
Bazarın qısamüddətli hərəkətlərini proqnozlaşdırmaq çətin ola bilər. Uzunmüddətli və sistemli investisiya yanaşması isə daha sabit nəticələr əldə etməyə imkan yaradır.
#SOCARCapital#JohnBogle#FinancialStrategy
İnkişaf edən bazarlar yüksək artım potensialı və geniş investisiya imkanları ilə qlobal investorların diqqətini cəlb edir, lakin bu marağın davamlı olması üçün güclü və etibarlı institusional mühit əsas rol oynayır.
#SOCARCapital#QlobalMaliyyəTrendləri#KapitalAxını
Səbir və intizam investisiya strategiyasının ən vacib komponentlərindəndir. Uzunmüddətli düşüncə investorların uğur şansını artırır.
#SOCARCapital#KapitalSitatı#CharlieMunger