'Marsol Group'un təşkilatçılığı ilə sahibkarlarla səhər yeməyində bir araya gəldik. Görüşdə biznesin inkişafı və sahibkarların aktual məsələlərini müzakirə etdik. Belə görüşlər dövlət–özəl sektor əməkdaşlığının güclənməsi, yeni təşəbbüslərin formalaşması üçün əhəmiyyətlidir.☀️🫱🏼🫲🏾
#CaspianAgroWeek və #InterFoodAzerbaijan sərgilərində #KOBİA-nın təşkil etdiyi stenddə nümayiş olunan KOB-ların məhsulları ilə Prezident cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tanış oldular.
Mürəkkəb və münaqişələrlə zəngin coğrafiyada güclü Azərbaycanın inkişaf strategiyasını qətiyyətlə müəyyən edən dünya lideri.
Sarsılmaz dövlətçilik ənənələrinə söykənərək, dəmir iradə və qətiyyət nümayiş etdirərək bizi inamlı və qüdrətli gələcəyə aparan Prezident! ✊🏼🇦🇿
Mikro,kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində cənab Prezidentin Fərmanı sahibkarlıq üçün “bir pəncərə” yanaşmasını gücləndirəcək:KOB-lara xidmət daha operativ və şəffaf olacaq,investisiya və ixracın təşviqi sürətlənəcək,qeyri-neft sektorunda yeni imkanlar və iş yerləri artacaq.
https://t.co/MHHnax6jBA
Bu mübarək #Ramazan ayında ənənəmizi yaşadaraq #KOBİA kollektivi və sahibkarlarımızla iftar süfrəsi ətrafında bir araya gəldik. Bir süfrədə bərəkəti, birlik ruhunu və səmimiyyəti bölüşdük — dualarımız niyyətlərimizə, həmrəyliyimiz isə yeni uğurlara yol açsın. 🌙🤲🏻✨
4-cü @yukselish_az qalibi Qaraxan Şirinli ilə görüşdük. Mentorluq Proqramı çərçivəsində #KOBİA ilə əməkdaşlıq, əldə etdiyi təcrübə, eləcə də gələcək planlarını müzakirə etdik. Q.Şirinlinin qazandığı təcrübənin karyera yüksəlişinə töhfə verəcəyinə inanırıq. 🍀
Sahibkarların müraciətlərinin həlli #KOBİA-nın prioritetidir. Agentlikdə təşkil olunan növbəti vətəndaş qəbulunda sahibkarların müraciətlərini dinlədik, onların həlli istiqamətində müzakirələr apardıq və dövlətin dəstək mexanizmləri barədə məlumat verdik. 🗒️✍🏽🤝🏽
“Yasamalda fəaliyyət göstərən, şəhid xanımı Sonaxanım Abbasovaya aid ‘Oxloff’ çörək və şirniyyat istehsal sahəsinə baş çəkdik. Sahibkarın ehtiyaclarını dinlədik və #QarabağKOB-ları proqramı üzrə dəstəyin icrasına start verdik.”
Yasamal rayonunda şəhid xanımı Sonaxanım Abbasovaya məxsus 'Oxloff' çörək və şirniyyat 🥖🧁 istehsalı-satışı məkanında olduq. Sahibkarla biznesin inkişafı və çətinliklər barədə danışdıq. Artıq #QarabağKOB-ları layihəsi çərçivəsində sahibkara dəstəyə başlamışıq. 🫱🏼🫲🏾
Bu gün xalqımızın azadlıq mübarizəsinin, milli özünüdərkin və dirçəliş ruhunun simvolu olan tarixi gündür. Bu əlamətdar gün bir daha göstərir ki, gücümüz həmrəyliyimizdən, qətiyyətimiz isə milli ruhumuzdan gəlir. Müstəqilliyimiz əbədi, birliyimiz daim olsun!
#MilliDirçəlişGünü
Avropa İttifaqının dəstəyi ilə hazırlanmış "Aİ #biznes mühiti hesabatı: Azərbaycan 2024"-ün nəticələrinə əsasən #KOBİA-nın effektivlik baxımından birinci yerdə qərarlaşması, ölkəmizdə KOB sektorunun inkişafına sistemli və ardıcıl yanaşmanın beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. 🇦🇿
Bu qiymətləndirmə, KOB evləri və KOB dostları modeli də daxil olmaqla, göstərdiyimiz xidmətlərin təsirini və sahibkarlıq mühitinin yaxşılaşdırılmasına yönəlmiş institusional səylərin uğurla nəticələndiyini təsdiq edir.
Azərbaycanda KOB ekosisteminin daha da güclənməsi üçün fəaliyyətimizi eyni məsuliyyət və qətiyyətlə davam etdirəcəyik.
#BusinessClimate2024 #EUReport
Bu gün Bakının erməni-bolşevik işğalından azad olunmasından 107 il keçir. Allah Bakının xilası zamanı canını fəda etmiş bütün şəhidlərimizə rəhmət etsin.
#15sentyabr#Bakınınxilasgünü
As co-chair of the 🇦🇿–🇸🇦 Joint Business Council, hosted at @BakiKOBevi Vice Presidents of Saudi @TAQA Energy Services Company, Mr. Rayed Al Eskandarani and Mr. Raid BuKhamseen to explore areas of mutual interest, inform on KOBİA’s support and engage local #SMEs in future projects