20 Yanvar hadisəsi — 1990-cı il yanvarın 20-də Bakıda baş verən faciəvi olaydır. Həmin gecə sovet ordusu Azərbaycanın müstəqillik tələbi ilə keçirilən dinc etirazları zorakılıqla dağıtmaq üçün şəhərə daxil oldu. Hər il bu gün şəhidlərin xatirəsi ehtiramla yad edilir.
Bu gün böyük lider, müasir Azərbaycanın memarı Heydər Əliyevi ehtiramla yad edirik. Onun xalqı üçün göstərdiyi fədakarlıq və yaratdığı möhkəm dövlət təməlləri hər birimizin yaddaşında silinməz iz qoyub. Xatirəsi daim yaşayacaq. 🇦🇿
1988-ci ilin 17 noyabrında xalqımızın göstərdiyi birlik və cəsarət Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu gün milli iradəmizin, azadlıq arzularımızın və milli ruhumuzun böyük dirçəlişinin simvoludur.
17 Noyabr – xalqın səsi, azadlığın başlanğıcı! 🇦🇿
12 noyabr — Azərbaycan Respublikasının Konstitusiya Günüdür. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin ali qanunudur.
Bu münasibətlə bütün Azərbaycan xalqını Konstitusiya Günü münasibətilə
Təbrik edirik
12 noyabr — Azərbaycan Respublikasının Konstitusiya Günüdür. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin ali qanunudur.
Bu münasibətlə bütün Azərbaycan xalqını Konstitusiya Günü münasibətilə
Təbrik edirik
Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və DİA Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nün 5-ci ildönümünə həsr olunmuş NHN formatında intellektual oyun keçilmişdir.
Dövlət İdarəçilik Akademiyasında Tədrisin Keyfiyyətinin Monitorinqi və Məzunlarla İş şöbəsinin və DİA Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Vətən müharibəsi Zəfərinin 5-ci ildönümünə həsr olunmuş “44 Günlük Zəfər Salnaməsi” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “İdman" klubu və "Şah Şahmat" klubunun birgə təşkilatçılığı ilə "8 Noyabr-Zəfər Günü"nün 5-ci ildönümünə həsr olunmuş şahmat turniri keçirilmişdir.
Bu gün xalqımızın şanlı tarixidir.
44 gün davam edən mübarizə ilə biz təkcə torpaqlarımızı deyil, qürurumuzu da geri aldıq.
Bu zəfər – şəhidlərimizin qanı, qazilərimizin cəsarəti, xalqımızın birliyi ilə qazanıldı.
Qarabağ Azərbaycandır – bu, artıq tarixdə deyil ,üreklerimizdedir.
Bu gün Zəfər Günü təkcə keçmişi xatırlamaq deyil, həm də gələcəyə inamla baxmaq günüdür.Bu qələbə gələcək nəsillərə bir mesajdır: torpaq, müstəqillik və milli qeyrət heç vaxt güzəştə gedilməməlidi
8 noyabr - Zəfər günü Azərbaycan tarixindəki qələbələr sırasında bəlkə də birincidir. Əgər 44 günlük müharibə və antiterror tədbirləri olmasaydı gələcəkdə Azərbaycanın mövcudluğu sual altında ola bilərdi. .