Salyan Rayon Heydər Əliyev Mərkəzində uşaqların asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və yeni bacarıqlar qazanmalarına dəstək məqsədilə fəaliyyət göstərən “Yay Akademiyası” layihəsinin fəal iştirakçıları təltif olunublar.
Salyan Rayon Heydər Əliyev Mərkəzində Salyan Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Salyan Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 21 Sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə “Sülh və həmrəylik – dayanıqlı gələcəyin təməli” adlı tədbir keçirilib.
Ekskursiya zamanı uşaqlara Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin inkişafında gördüyü mühüm işlər haqqında sadə və maraqlı məlumatlar verilib.
Salyan rayonunun ziyalıları Salyan Heydər Əliyev Mərkəzini ziyarət edərək ekskursiyada olublar.
Ekskursiya zamanı qonaqlara Mərkəzin fəaliyyəti, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və həyat yolunu əks etdirən ekspozisiyalar haqqında ətraflı məlumat verilib.
Salyan Rayon İcra Hakimiyyəti və Salyan Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Valideyn dəstəyi – Güclü ailə, sağlam gələcək” mövzusunda tədbir keçirilib.
24 iyul 2026-cı il tarixində "Şəhərsalma və Memarlıq" ili çərçivəsində Heydər Əliyev parkında rayon ərazisində yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub.
20 iyul 2026-cı il tarixində Salyan rayon İcra Hakimiyyətinin, Salyan rayon Heydər Əliyev Mərkəzinin və "Dialoq və İnkişaf Naminə" İctimai Birliyin birgə təşkilatçılğı ilə "Azərbaycançılıq: tarixdən müasirliyə" adlı tədbir keçirilib.
8 iyul 2026-cı il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə rəsm üzrə masterklass təşkil olunub.