Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Məmməd Həsənov və Orxan Nağıyev ilə növbəti görüşümüzü keçirdik.
Söhbətimizdə dəyişikliklərin idarə edilməsi, qərarların arxasında dayanan məsuliyyət və yeni ideyaların həyata keçirilməsi kimi mövzulara toxunduq. Eyni zamanda, aviasiya kimi dinamik bir sahədə uzunmüddətli hədəflərlə gündəlik qərarlar arasında tarazlığın qorunmasının əhəmiyyətindən danışdıq.
Bacarıqlı və təşəbbüskar insanlar üçün belə platformalar dəyərli imkanlar yaradır. Bu səbəbdən gələcəyin liderlərinin peşəkar inkişafına töhfə verməyi vacib hesab edirəm.
---------------------
I had another meeting with Məmməd Həsənov and Orxan Nağıyev, winners of the Fifth “Yüksəliş” competition.
We discussed topics such as managing change, the responsibility behind decision-making, and turning new ideas into action. We also talked about the importance of balancing long-term goals with day-to-day decisions in a dynamic industry like aviation.
I believe such platforms create valuable opportunities for talented and proactive people. For this reason, I consider contributing to the professional development of the leaders of tomorrow an important responsibility.
Bu gün ikinci “Airbus A321neo” təyyarəmizi qarşıladıq. Bununla da cari ildə donanmamıza əlavə etdiyimiz yeni nəsil hava gəmilərinin sayı beşə çatdı.
Donanmamızın yenilənməsini pilotlarımızın peşəkar hazırlığı, əməliyyat imkanlarımızın inkişafı və xidmət keyfiyyətimizin davamlı təkmilləşdirilməsi ilə paralel aparırıq. Məqsədimiz müasir donanma ilə yanaşı, daha yüksək sərnişin təcrübəsi formalaşdırmaqdır.
---------------
Today, we welcomed our second Airbus A321neo. With this addition, the number of new-generation aircraft added to our fleet this year has reached five.
We are renewing our fleet alongside strengthening the professional training of our pilots, developing our operational capabilities, and continuously improving our service quality. Our goal is to combine a modern fleet with an enhanced passenger experience.
Bu gün, 27 sentyabr, Azərbaycan xalqının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirik.
Qazilərimizə göstərdikləri şücaət və fədakarlıq üçün minnətdarlığımızı bildiririk.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
-----------------
Today, September 27, we respectfully commemorate the memory of our martyrs who gave their lives for the territorial integrity and sovereignty of Azerbaijan.
We express our gratitude to our veterans for their courage and sacrifice.
May God rest the souls of all our martyrs.
Milli Aviasiya Akademiyasında Spartan Aeronavtika və Texnologiya Məktəbinin açılışında iştirak etmək bizim üçün sevindirici hadisədir.
Bu tərəfdaşlıq Milli Aviasiya Akademiyasının akademik təcrübəsini, Spartan-ın beynəlxalq təcrübəsini və praktiki aviasiya hazırlığına yönəlmiş yanaşmanı bir araya gətirir.
Gənc mütəxəssislərə beynəlxalq standartlara uyğun bilik və praktiki hazırlıq imkanlarının yaradılması Azərbaycanda aviasiya sahəsinin gələcək kadr potensialının inkişafı baxımından mühüm addımdır.
-----------------------------
It was a pleasure to join the opening of Spartan College of Aeronautics and Technology at the National Aviation Academy.
This partnership brings together the academic expertise of the National Aviation Academy, Spartan’s international experience and a strong focus on practical aviation training.
Providing young professionals with access to international standards and hands-on training is an important step in developing the next generation of aviation talent in Azerbaijan.
Dünən ikinci "Uçuş Təhlükəsizliyi Günü" tədbirini uğurla keçirdik. Bu dəfə tədbirin əsas mövzusu aviasiya təhlükəsizliyində insan amili idi.
Texnologiyalar və prosedurlar təhlükəsiz əməliyyatların əsasını təşkil edir. Lakin təhlükəsizlik, ilk növbədə, insanlardan, liderlikdən və narahatlıqların açıq şəkildə ifadə olunduğu, təcrübədən nəticə çıxarıldığı və davamlı təkmilləşmənin təşviq edildiyi mədəniyyətdən asılıdır.
Bilik və təcrübələrini rəhbər heyətimizlə bölüşdükləri üçün Böyük Britaniyanın Mülki Aviasiya Administrasiyasına, cənab Giancarlo Buono və cənab Simon Robertsə təşəkkür edirəm.
_________________
Yesterday, we held the second Flight Safety Day, dedicated this year to the human factor in aviation safety.
Technology and procedures provide the foundation for safe operations. But safety ultimately depends on people, leadership and a culture where concerns can be raised, lessons can be learned and continuous improvement is encouraged.
Thank you to the UK Civil Aviation Authority, Mr. Giancarlo Buono and Mr. Simon Roberts for sharing their expertise and experience with our leadership team.
Dövlət Suverenliyi Günündə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə və hərbçilərimizə minnətdarlığımızı bildiririk.
Azərbaycanın hər guşəsində üçrəngli bayrağımız daim ucalarda dalğalansın!
-----
On State Sovereignty Day, we honor with deep respect the memory of our martyrs who sacrificed their lives for the territorial integrity and sovereignty of our country and express our gratitude to our veterans and servicemen.
May our tricolor flag always fly proudly over every corner of Azerbaijan!
Dünən növbəti işgüzar görüşüm Braziliya Federativ Respublikasının Azərbaycanda yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Bernard Jorj Leopold de Qarsia Klinql ilə oldu.
Görüş zamanı Azərbaycan Hava Yollarının donanmasının yenilənməsi, marşrut şəbəkəsinin genişləndirilməsi, eləcə də aviasiya sahəsində Azərbaycan-Braziliya əməkdaşlığının inkişafı üzrə müzakirələr apardıq.
Braziliyanın aviasiya sənayesində mühüm yer tutan “Embraer” şirkətinin istehsalı olan hava gəmirləri barədə də fikir mübadiləmiz oldu. Hazırda donanmamızda regional və orta məsafəli marşrutlarda istismar olunan 7 “Embraer” təyyarəsinin olması bu sahədə iki ölkə arasında artıq formalaşmış praktiki əlaqələrin göstəricisidir.
Cənab Səfirə Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar və qarşıdakı fəaliyyətində yeni nailiyyətlər arzulayıram.
____________________________
Yesterday, I had an introductory meeting with H.E. Bernard Jorge Leopold de Garcia Klingl, the newly appointed Ambassador of the Federative Republic of Brazil to Azerbaijan.
We exchanged views on the renewal of our fleet, the expansion of our route network, and opportunities to further develop cooperation between Azerbaijan and Brazil in the aviation sector.
We also discussed aircraft manufactured by Embraer, a major player in Brazil’s aviation industry. Currently, our fleet includes seven Embraer aircraft operating on regional and medium-haul routes, reflecting the practical ties that already exist between our two countries in the aviation sector.
I wish H.E. the Ambassador every success and many achievements in his diplomatic mission in Azerbaijan.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri İssam bin Saleh əl-Cüteyli ilə bu gün keçirilən görüşümüzdə ölkələrimiz arasında dostluq münasibətləri və aviasiya sahəsində əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi apardıq.
Regionda baş verən geosiyasi proseslərin hava nəqliyyatına təsirini və Azərbaycan Hava Yollarının Səudiyyə Ərəbistanına uçuşları ilə bağlı mövcud vəziyyəti müzakirə etdik. Həmçinin Azərbaycan Hava Yollarının inkişaf strategiyası, donanmanın genişləndirilməsi və marşrut şəbəkəsinin inkişafı barədə danışdıq.
İnanıram ki, birgə səylərimiz Azərbaycan və Səudiyyə Ərəbistanı arasında aviasiya əlaqələrinin genişlənməsinə və sərnişinlər üçün yeni səyahət imkanlarının yaranmasına xidmət edəcək.
____________________________________
Today, I had a meeting with H.E. Issam bin Saleh Al-Jutaili, Ambassador of the Kingdom of Saudi Arabia to Azerbaijan, during which we exchanged views on the strong and friendly relations between our countries and the prospects for further cooperation in aviation.
We discussed the impact of geopolitical developments in the region on air transport, as well as the current situation regarding Azerbaijan Airlines’ flights to Saudi Arabia. We also touched upon AZAL’s development strategy, fleet expansion and the further development of its route network.
I believe that our joint efforts will contribute to strengthening air connectivity between Azerbaijan and Saudi Arabia and creating new travel opportunities for passengers.
Dünən Qazaxıstanın Atırau şəhərinə ilk reysin uğurla həyata keçirilməsi Azərbaycan Hava Yollarının marşrut şəbəkəsinin ardıcıl genişlənməsinin növbəti mərhələsidir.
Son 2 ay ərzində elan etdiyimiz yeni istiqamətlər həm region ölkələri ilə hava əlaqələrimizi gücləndirir, həm də sərnişinlər üçün daha geniş səyahət imkanları yaradır. Artıq Şımkent, Qars və Atırau istiqamətlərində uçuşlar uğurla icra olunur. Qarşıdakı aylarda isə Bakı-Aktöbə üzrə ilk reys baş tutacaq. Növbəti il isə bu şəbəkəyə Brüssel şəhəri də əlavə olunacaq.
Hər yeni marşrut sərnişinlərimiz üçün daha geniş səyahət imkanları yaradır, eyni zamanda ölkələr arasında biznes, turizm və insan əlaqələrinin inkişafına töhfə verir.
_______________________________
Yesterday’s successful inaugural flight to Atyrau, Kazakhstan marks another milestone in the continued expansion of Azerbaijan Airlines' route network.
Over the past two months, the new destinations we have announced have strengthened our air connectivity with countries across the region while providing passengers with more travel options. Scheduled services to Shymkent, Kars, and Atyrau are now successfully in operation. In the coming months, we will launch our inaugural flight to Aktobe, followed by the addition of Brussels to our network next year.
Every new route creates more travel opportunities for our passengers while contributing to the development of business, tourism, and people-to-people ties between our countries.
Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə məhsuldar görüş keçirdik.
Görüş zamanı Azərbaycan Hava Yollarının 2027-ci ilin may ayından etibarən Bakı–Brüssel–Bakı marşrutu üzrə birbaşa uçuşlara başlaması, bu marşrutun iki ölkə arasında turizm əlaqələrinin inkişafına verəcəyi töhfə və əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi apardıq.
Eyni zamanda, Azərbaycan Hava Yollarının strateji inkişaf istiqamətləri, donanmamızın yeni nəsil hava gəmiləri ilə genişləndirilməsi, marşrut şəbəkəsinin inkişafı, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportuna 40-a yaxın xarici aviaşirkətin cəlb edilməsi nəticəsində sərnişinlər üçün daha geniş seçim imkanlarının yaradılması barədə məlumat verdik.
Görüş çərçivəsində Azərbaycanın regional hava limanlarının inkişaf potensialı və ölkəmizin beynəlxalq hava əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görülən işləri də müzakirə etdik.
----------------------
It was a pleasure to meet with H.E. Julien de Fraipont, Ambassador Extraordinary and Plenipotentiary of the Kingdom of Belgium to Azerbaijan.
Our discussion focused on Azerbaijan Airlines' upcoming launch of direct Baku–Brussels flights in May 2027 and the opportunities this new connection will create for tourism, business, and stronger ties between our two countries, while opening new avenues for cooperation in the aviation sector.
During the meeting, we shared an overview of Azerbaijan Airlines' transformation journey, including our fleet modernization programme, the continued expansion of our international route network, and our efforts to enhance connectivity through Heydar Aliyev International Airport, which today is served by nearly 40 foreign airlines.
The conversation also covered the development potential of Azerbaijan's regional airports and our vision for further strengthening the country's position as a regional aviation hub.
Donanmamıza daha bir “Airbus A320neo” təyyarəsi qoşuldu. Bununla da 2026-cı il ərzində parkımıza artıq dördüncü yeni “Airbus” təyyarəsi daxil olub.
Müasir donanmanın formalaşdırılması strateji prioritetlərimizdən biridir. Bu istiqamətdə atdığımız hər addım əməliyyat səmərəliliyimizi artırır və sərnişinlərimiz üçün daha yüksək xidmət keyfiyyəti yaradır.
Bu uğurda əməyi olan hər kəsə təşəkkür edirəm.
#AzerbaijanAirlines #AirbusA320neo
Our fleet has welcomed another Airbus A320neo, bringing the total number of new Airbus aircraft added in 2026 to four.
Building a modern fleet remains one of our strategic priorities. Every step we take in this direction enhances our operational efficiency and allows us to deliver an even higher standard of service and travel experience to our passengers.
My sincere thanks to everyone whose dedication and hard work made this achievement possible.
Son illər Azərbaycan Hava Yolları yalnız marşrut şəbəkəsini və donanmasını deyil, həm də öz brendini və korporativ mədəniyyətini inkişaf etdirir.
Yeni imic videomuz bu inkişaf yolunun və bizi birləşdirən dəyərlərin əksidir. Burada təhlükəsizlik, peşəkarlıq, məsuliyyət, komanda işi və Azərbaycanı layiqincə təmsil etmək missiyamız ön plana çıxır.
İnanıram ki, güclü brend ilk növbədə insanların əməyi, etibarı və ortaq dəyərləri üzərində qurulur. Məhz bu dəyərlər şirkətimizi hər gün irəli aparır.
Yeni imic videomuzu izləməyə dəvət edirəm.
________________
Over the past few years, Azerbaijan Airlines has been evolving not only by expanding its route network and modernizing its fleet, but also by strengthening its brand and corporate culture.
Our new brand film reflects this journey and the values that unite us. It highlights the principles that define who we are: safety, professionalism, responsibility, teamwork, and our mission to proudly represent Azerbaijan. I believe that a strong brand is built first and foremost on the dedication of its people, the trust they earn, and the values they share. These are the foundations that drive our company forward every day.
I invite you to watch our new brand film.
Azərbaycanın strateji coğrafi mövqeyi onu Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat qovşaqlarından birinə çevirib. Bu üstünlüyün qorunması və inkişafı isə davamlı investisiyalar, müasir infrastruktur və beynəlxalq əməkdaşlıq tələb edir.
Şuşada keçirilən Qlobal Media Forumunda Prezident cənab İlham Əliyevin Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu ilə bağlı səsləndirdiyi fikirlər ölkəmizin uzunmüddətli inkişaf strategiyasının vacib istiqamətlərini bir daha nümayiş etdirdi.
Azərbaycan Hava Yolları olaraq bu strategiyanın mühüm iştirakçılarından biri kimi aeronaviqasiya infrastrukturumuzu daha da təkmilləşdirir, marşrut şəbəkəmizi genişləndirir, donanmamızı müasir hava gəmiləri ilə gücləndirir və Azərbaycanın beynəlxalq hava əlaqələrinin inkişafına töhfə verməyə davam edirik.
#ShushaGlobalMediaForum
Beşinci "Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində qalib Orxan Nağıyev ilə növbəti görüşümüzü keçirdik. Aviasiya sahəsinin inkişaf perspektivləri, liderlik, strateji düşüncə və gələcəyin çağırışları ətrafında fikir mübadiləsi apardıq.
Eyni zamanda, idarəetmə bacarıqlarının inkişafı və dəyişən mühitə uyğunlaşmanın əhəmiyyəti barədə müzakirələr etdik. Əminəm ki, bu cür təşəbbüslər gənc peşəkarlarla yeni təcrübələrə yönəlmiş səmərəli dialoqun qurulmasına şərait yaradır.
-----------------------
As part of the Fifth "Yüksəliş" Mentorship Program, I held another mentoring session with the program winner, Orkhan Naghiyev. We exchanged views on the future of the aviation industry, leadership, strategic thinking, and the challenges ahead.
We also discussed the importance of developing management capabilities and adapting to a rapidly changing environment. I am confident that initiatives like this foster meaningful dialogue with young professionals, encourage the exchange of new ideas and experiences, and contribute to their professional development.
Milli Aviasiya Akademiyasının Məzun Günü münasibətilə keçirilən dünənki tədbirdə məmnuniyyətlə iştirak etdik.
Milli Aviasiya Akademiyası uzun illərdir ki, ölkəmizin mülki aviasiyası üçün peşəkar kadrların hazırlanmasında mühüm rol oynayır. Əminəm ki, bugünkü məzunlar da qazandıqları bilik və bacarıqlarla bu ənənəni uğurla davam etdirəcək, aviasiya sahəsinin inkişafına öz töhfələrini verəcəklər.
Azərbaycan Hava Yolları olaraq insan kapitalının inkişafına xüsusi önəm verir, gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləməyə davam edirik. Ümid edirəm ki, yaxın gələcəkdə bugünkü məzunların bir çoxunu komandamızın üzvü kimi görəcəyik.
Bu əlamətdar gün münasibətilə bütün məzunları səmimi qəlbdən təbrik edir, onlara gələcək peşə fəaliyyətlərində uğurlar və daim açıq səma arzulayıram!
________
It was a pleasure to attend yesterday's Graduation Day ceremony of the National Aviation Academy.
For many years, the National Aviation Academy has played a vital role in preparing highly qualified professionals for Azerbaijan's civil aviation sector. I am confident that today's graduates will successfully carry this tradition forward and make a meaningful contribution to the future development of our industry.
At Azerbaijan Airlines, we place great importance on developing human capital and remain committed to supporting the professional growth of young specialists. I hope to welcome many of today's graduates to our team in the near future.
Congratulations to all graduates on this important milestone. I wish you every success in your professional careers and always clear skies ahead!
AZAL tarixində ilk Airbus A321neo təyyarəsi donanmamıza qoşuldu. ✈️
Ölkə rəhbərliyinin mülki aviasiya sahəsinə göstərdiyi daimi diqqət və dəstək nəticəsində AZAL-ın donanmasının müasirləşdirilməsi və genişləndirilməsi uğurla davam edir. Donanmamıza ilk Airbus A321neo təyyarəsinin qoşulması da bu strateji inkişaf kursunun növbəti uğurlu addımıdır.
Daha böyük tutuma və yüksək əməliyyat imkanlarına malik olan Airbus A321neo sərnişinlərimiz üçün daha komfortlu səyahət təcrübəsi təqdim etməklə yanaşı, marşrut şəbəkəmizin inkişafını da təmin edəcək.
Eyni zamanda, Milli Aviasiya Akademiyasının yüksəkixtisaslı aviasiya mütəxəssislərinin hazırlanmasındakı rolunu xüsusi qeyd etmək istərdim. Akademiyanın yetişdirdiyi peşəkar kadrlar bu gün Azərbaycanın mülki aviasiyasının inkişafına və əldə olunan uğurlara mühüm töhfə verirlər.
Bu əlamətdar hadisənin reallaşmasına töhfə verən əməkdaşlarımıza, eləcə də etibarlı tərəfdaşlarımız olan Airbus, AerCap və Collins Aerospace komandalarına təşəkkürümü bildirirəm.
#AZAL #Airbus #AerCap #fleetmodernization
The first Airbus A321neo in AZAL’s history has joined our fleet. ✈️
Thanks to the continuous attention and support of the country’s leadership for the civil aviation sector, AZAL’s fleet modernization and expansion continue successfully. The addition of our first Airbus A321neo marks another important step in this long-term strategic development.
With its greater capacity and enhanced operational capabilities, the Airbus A321neo will provide our passengers with an even more comfortable travel experience while supporting the continued expansion of our route network.
I would also like to highlight the important role of the National Aviation Academy in educating highly qualified aviation professionals. The Academy’s graduates make a significant contribution to the development of Azerbaijan’s civil aviation sector and to the achievements we celebrate today.
I extend my sincere gratitude to our employees whose dedication made this milestone possible, as well as to our trusted partners - Airbus Aircraft , AerCap and Collins Aerospace - for their professionalism and collaboration.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ölkəmizin təhküləsizliyinin, suverenliyinin və dövlətçiliyinin qorunmasında müstəsna rol oynayan bir gündür. Şanlı Azərbaycan Ordusunun yüksək peşəkarlığı və müasir imkanları dövlətimizin qüdrətinin və gücünün ən mühüm göstəricilərindəndir. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ordumuz ölkəmizin müdafiə qüdrətini daha da möhkəmləndirərək xalqımızın qürur mənbəyinə çevrilmişdir.
Bu əlamətdar gün münasibətlə Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini, Vətənə şərəflə xidmət edən qazilərimizi və veteranlarımızı səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, uğurlar və yeni nailiyyətlər arzulayıram!
Bu gün AZAL üçün daha bir mühüm mərhələni qeyd edirik – donanmamıza dördüncü yeni nəsil Airbus A320neo təyyarəsi qoşuldu.
Qısa müddət ərzində parkımıza ardıcıl olaraq dörd müasir təyyarənin əlavə edilməsi donanmanın yenilənməsi proqramının planlı və uğurla icra olunduğunu göstərir.
Bu addım daha müasir, səmərəli və dayanıqlı donanmanın formalaşdırılması istiqamətində növbəti mərhələdir.
Donanmanın yenilənməsi proqramının həyata keçirilməsində əməyi olan bütün əməkdaşlarımıza və tərəfdaşlarımıza təşəkkür edirəm.
#AZAL #A320neo
Today marks another important milestone for AZAL as the fourth next-generation Airbus A320neo aircraft joins our fleet.
The addition of four modern aircraft to our fleet within a relatively short period reflects the steady and successful implementation of our fleet renewal programme.
This delivery represents another step toward building a more modern, efficient, and sustainable fleet.
I would like to thank all our employees and partners whose contribution has made this progress possible.