Ramazan Bayramında hazırladığım meditasiyaları təmənnasız olaraq,izləyicilərimi dəvət edərək təqdim etdim.Şüur,vücud və ruhumuzun harmoniyasını yaratmağa çalışdıq və məncə alındı🙏🏼❤️
Düşünən insan-ağıllı insandır.Nə düşündüyünün fərqində olan insan-üstün zəkaya sahib insandır.Yaxşı insan olmağa çalışan,hər şeyin fərqində olduğundan kiməsə və nəyəsə dərin bağlılığı olmayan,anlayan və anlayış göstərən,şüurunun inkişafının yüksəlməsinə davam edən müdrik insandır
1.Hər kəsə qarşı mədəni və mehriban ol.Özünə qarşı sərt davran 2.Yox deməyi öyrən3.Disiplinli ol4.Qarderobuna,tərzinə diqqət et5.Vücudunu formaya sal.Baxımlı ol6.Punktual ol7.Məsuliyyətli ol (fədakar deyil)8.Hədəflərini təhlil et,inamla9.Pozitiv düşün10. Zamanı düzgün idarə et.
Özünü bağışlamağı bacardıqda,başqalarını da bağışlamağı öyrənəcəksən.Bəzən canımız o qədər acı çəkər ki,həyata küsüb böyüməyi,inkişaf etməyi unudarıq özümüzdən asılı olmadan.Çiynində daşıdığın kin,nifrət,intiqam,peşmanlıq ya da inciklik yükü varmı?Keçmişin sənə nə öyrətdi? #🦋#
Psixoloji dəstək məqsədi ilə mobil telefonlara yükləmək üçün "Mənim psixoloqum" adlı proqramın hazırlığına start verdim.
Müxtəlif psixoloji mövzular hazırlayıb tezliklə sizlərə təqdim edəcəm.Proqramı yükləyib narahat edən qayğılardan bir az da olsa azad ola bilərsiz.❤️
24 iyun Samirə Bağırova adına Reabilitasiya mərkəzinin fəaliyyətinə start verildi.Mərkəzdə peşəkar mütəxəssis komanda psixoloq,pedaqoq,defektoloq loqoped,refleksoloq-müalicəvi massaj,erqoterapiya-duyu bütünləmə,müalicəvi massaj,həyat koçu,nevroloq kimi xidmətlər göstərilir🦋
İnamın olduğu yerdə möcüzələr çiçək açar.Hardan düşürsən düş amma heç vaxt ruhdan düşmə!İnamın varsa mütləq möcüzən də vardır.Əslində sən özün bir möcüzəsən,görməyi bacarsan.Bəs möcüzələrə yalnız axmaqlarmı inanır,yoxsa ona inananlar üçün gerçəkləşir?Mən çox inanıram...
#psixoloq
Sizlərdən ilham alaraq,sevgi ilə əməyimizlə qurulan reabilitasiya mərkəzinin açılışına sayılı günlər https://t.co/lszXqHjoXKşəkar mütəxəssis komandamla cəmiyyətə-faydamız dəyəcək əməyimizə,gələcəkdə qazanacağımız müsbət nəticələrimizə və böyük uğurlara imza atacağımıza inanıram🦋
Təbii ki,xətasız insan olmaz.Amma hər dəfə üçün keçərli https://t.co/qQ5SRfsSZlçmişdəki səhvlər bu gün səni daha böyük xətalardan qorumaq və dəyişməyin,inkişafın üçün dərslikdir...
Məsələ eyni fikirdə olub anlaşmaq deyil.Məsələ fərqli fikirlərdə olub,hörmətlə yanaşmaqdır bir-birinə.Bu şəkildə davrana bilənə İnsan deyilir.
Əgər mənim düşüncələrim başqadırsa,bu o demək deyil ki,mən sizə düşmənəm ya başım çatmır.Bu o deməkdir ki,sadəcə mənim düşüncəm başqadır.
Gülüş həyata meydan oxumağın ən önəmli silahıdır.Ağlayanda səninlə ağlayan varmı?Amma güldükdə səninlə gülən çox olar.Gülüşünü itirən insan özünün qatilidir.
Hər nə olursa olsun,gülüşünü özündən və başqalarından əsirgəmə.Və necə gülmək tərbiyəni,nəyə güldüyün isə zəkanı göstərər.