Model Razi Əliyeva keçmiş sevgilisi Ziya Hüseynzadə tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığı haqqında paylaşım edib:
"Sutkalarla döyürdü, bıçaqla işgəncə verirdi, sonra duşa aparıb bütün qanı və öz izlərini yuyurdu. O məni hər şeyə görə döyürdü. Mən isə ondan qaça bilmirdim. Ondan qorxurdum. Qorxurdum ki, kimsə bu haqda öyrənər. Qorxurdum ki, anam bilsə, halı pisləşəcək. Sonuncu dəfə anamın yanına qaçmışdım, o isə gəlib qapımızı sındırdı. Gəlib təhdid və şantaj edirdi ki, əgər geri qayıtmasam, məni biabır edəcək və bütün həyatımı korlayacaq".
Əli Məlikov 510'cu maddə (Xırda Xuliqanlıq), Cavid Nəbiyev isə 206 (qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması və göndərilməsi) maddəsi ilə ittiham edilir. Əsassız yerə ittiham edilən yoldaşlarımızın dərhal azad edilməsini tələb edirik!
#azadet
On May 23, LGBTQI+ activists gathered to protest against the recent arrest of a trans individual a few days ago. Ministry of Internal Affairs has confirmed that an investigation into the incident is underway, according to a statement given to Meydan TV.
https://t.co/OIVYhlbjDt
Vəkil Zibeydə Sadıqova deyir ki, Xətai rayon 37-ci polis bölməsi qarşısında saxlanılan LGBTIQ+ fəallarından Cavid Nəbiyev və Əli Məlikov hazırda 36-cı polis bölməsindədirlər.
Polis bölməsindən vəkilə onların saxlanılma səbəbləri deyilməyib. Bildiriblər ki, ancaq sabah səhər yaxınlaşsanız məlumat verə bilərik.
23 May tarixində, 37-ci polis bölməsinin qarşısında toplaşan LGBTQI+ aktivisti Əli Məlikov, Cavid Nəbiyev və zorakılıq tətbiq edilərək saxlanılıb.
Əli Məlikov və Cavid Nəbiyev 36-cı polis bölməsinə aparılıb. Onlar, qanuni əsas göstərilmədən gecə bölmədə saxlanılıb.
⚡️Bir neçə saat əvvəl saxlanılan LGBTIQ+ fəalları Cavid Nəbiyev və Əli Məlikov hələ də sərbəst buraxılmayıb.
📌Onlar hazırda 36-cı polis bölməsindədir.
🔸Vəkil Zibeydə Sadıqovaya onların niyə saxlanıldığı deyilməyib, bildirilib ki, yalnız sabah sabah səhər məlumat verilə bilər.
@Elimelikov06, Javid Nabiyev və saxlanılan digərlərinin harda olması ilə ba��lı hələ də dəqiq məlumat yoxdur. Polis Əlini axırıncı dəfə saxlanılanda qeyri-insani rəftara, hədə və təhqirlərə məruz qalmışd. Saxlanılan gənclərə qarşı zorakılıq tətbiq edilməsindən çox narahatam.
Baş Prokurorluğun nümayəndələri 82 gündür aclıq aksiyası keçirən AXCP üzvü Zamin (Əlizamin) Salayevlə görüşüb. Görüş zamanı Salayevə Baş Prokuror Kamran Əliyevin onun barəsində cinayət işini nəzarətə götürdüyünü, məsələnin obyektiv araşdırılması üçün göstəriş verdiyini deyiblər.
Zamin Salayev cinayət törətmədiyini, ona qarşı irəli sürülən ittihamın saxta olduğunu, siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirib. O, Baş Prokurorluğun nümayəndələrinə təqdim etdiyi ərizədə də bu fikirləri yazıb. Ərizəsində göstərib ki, təqsirsizdir, ittihamda göstərilənlərin ona aidiyyəti yoxdur, cinayət törətməyib. Həbsinin səbəbi siyasi fəaliyyəti, AXCP-nin Salyan şöbəsinin sədri olmasıdır. Salayev aclığı ədalət bərpa olunanadək davam etdirməkdə israrlıdır. O, artıq 40 kiloqramdan çox çəki itirib. Kəskin ağrıları var. Böyrəklərində ağrılar var, sümükləri sızıldayır, qan təzyiqi aşağı düşüb. Yuxusuzluqdan əziyyət çəkir. O, ayrıca kameraya köçürülüb. Tam həkim nəzarətindədir. Ədliyyə işçiləri də nəzarət edir ki, komaya düşərsə tibbi müdaxiləyə çatdırılsın.
Femkulis 20 aprel, saat 21:00 tarixində araşdırmaçı və @FemPeace platformasının qurucularından biri olan @SevincSamedzade ilə Azərbaycan - Ermənistan konflikti ilə bağlı canlı müzakirə təşkil edir. +
Ləman Qasımova: "10:54-də Nicat İsmayılı Zabrat istiqamətində olduğu maşında saxlayıblar. Maşının açarı alınıb, 3 mülki şəxs zor tətbiq edərək başqa bir maşına mindirdi və gətirdilər Respublika Narkoloji Mərkəzə. 12:31-də mərkəzdən çıxardılar. Nicat imkan edib ancaq pulqabısını verə bildi. İndi də aparırlar Baş Dövlət Yol Polis İdarəsinə. Saxlanılma səbəbi deyilmir".
59 gündür aclıq aksiyası keçirən Zamin (Əlizamin) Salayev gəzə bilmir. Vəkil Nemət Kərimli deyir ki, Zamin Salayevin əllərində keyimə var və vəziyyəti ağırdır. Onun sözlərinə görə, həkim nəzarəti yoxdur, ancaq halı pisləşdiyi təqdirdə həkim çağırılır, o da bir neçə saat sonra gəlir.
Mehdiabad qəsəbəsində məktəbdə müəllim, şagirdə dərsə gec qalığı üçün döşəməni sildirib və bir də gec qaldığı təqdirdə tualeti sildirəcəyini deyib. Azərbaycanda uşaqlar bullingə sadəcə sinif yoldaşları tərəfindən yox, daha çox müəllim və məktəb rəhbərliyi tərəfindən məruz qalır.
Zamin (Əlizamin) Salayev 56 gündür aclıq aksiyası keçirir. Vəkil Nemət Kərimli bildirib ki, onun səhhəti ağır olaraq qalır. Qan təzyiqi həddindən çox aşağıdır, ürək ritmləri zəifləyib. Belində və başında kəskin ağrılar var. Artıq hərəkət etməyə taqəti yoxdur, çox zəifləyib. Onun sözlərinə görə, Salayev 56 gündür aclıq etməsinə baxmayaraq, hələ də təcridxananın tibbi-sanitar hissəsinə köçürülməyib:
“Həkim nəzarəti demək olar ki, yoxdur. Yalnız Zamin Salayevin səhhətində kəskin problemlər yarananda 3-5 saatdan sonra həkim gəlir”.
Since Dec. 2022 the Lachin Corridor connecting #NK with Armenia has been blocked. Life in isolation and especially the gendered impacts are the focus of our next webinar. Register - https://t.co/6Q1MykRBSY
to join @KosakyanLusine,@SamadzadeSevinj,@ISafaryan, @LalaDarchinova