Yerdə gəzirsən maşın vurur, göyə çıxırsan təyyarə vurulur, dənizə gedirsən su boğur. Bütün bunlar azmış kimi, birini sevirsən könül verirsən, səni yaşarkən vurur, əvvəl havaya qaldırıb sonra yerə vurur, sonda öz hisslərində boğur.
Yaşamaq ölümün əvvəli, sənin sonundu
#məndəliyəm
Təsəvvür elə, ölkə səviyyəsində qınanırsan, tərz, geyim, janr, heç biri cəmiyyətin xoşuna gəlmir. Bütün bunların fonunda xərçəng xəstəliyin (2021-ci ildən) var
Çoxu bu xəstəlikdən istifadə edib özünə qarşı sevgi qazanardı, amma Çimnaz heç kimə bildirmədən davam edib.
#məndəliyəm
Kloun var düşür metroya "gülməli" hərəkətlər edir, adamlar da fikir vermir, gülmür, reaksiya vermir. Şərhlərdə hamı qınayır adamları.
Şəxsən mən də orda olsam gülmərəm. Gülməli kloun deyil ki, gülməli olan metroda yorğun adamlardan gülüş gözləyəndədi.
#məndəliyəm
Doğru kişi, doğru qadına gec qalmır, gec qalıbsa demək doğru deyil, oğrudu.
Kiminsə qəlbini, hisslərini, bədənini oğurlayıb özünü doğru göstərmiş oğru.
#məndəliyəm
Təzə bərbər var populyardı, yanına gedən adamları cavanlaşdırır.
Dediyinə görə 50 yaşlı kişidi 30 etdi, indi belə çıxır ki 30 yaşda getsən 10 yaşında olacaqsan. 20 yaşlı gəncləri yox edir.
Məndən hesablamaq, yenə də özünüz bilərsiniz #məndəliyəm
Haqq var, mizan var, tərəzi var.
Düşünmə haqqın qalar aləmdə, kağız da şahiddir, qələm də, onu yazan da. İcazə ver geciksin eybi yoxdur, amma yolunu azmaz ilahi ədalət dünyada.
#məndəliyəm
Kirayəçi başqa ev tapmadan evdən çıxmazmış. Bəzi adamların misalı da budur elə.
Bax buna görə evin qiymətini elə qoyacaqsan ki, hər adam ora gələ bilməsin, hər adam da ordan istədiyi vaxt çıxmasın.
#məndəliyəm
Bütün günüm qaça-qaç keçib, gəldim evə gecə saat 2 di. Azərin ölümünü sanki indi fərqinə vardım. 38 - 39 yaş?
özü heç 39 il necə tez keçdiyini anlamazdı. İnsanoğlu 39 il nədir axı, bir göz qırpımı. Azərlə çox olmasa da tanış idik, necə yaxşılar tez gedir axı..
#məndəliyəm
Sən:
-hələ də, təsirli filmə baxanda gözlərin dolur?
-hələ də balaca bir hadisə gününü korlayır?
-hələ də doğma saydıqlarından diqqət görməyəndə üzülürsən?
-hələ də dünyanın düzələcəyinə inanırsan?
Hələ də?!
Təbrik edirəm sən bu dünya üçün çoxsan.
#məndəliyəm
Ağsaqqal sözünün dəyəri azaldığı bir dövrdə, "ağsaqqal" obrazını oynayan Azər qardaşımız dünyadan köçdü.
Allah sənə rəhmət eləsin Azik.
Allah bizi ağsaqqalsız qoymasın.
#RIP