İndiki futbolçuların da bə'zilərində xarakter çatmır, sanki. Yaxşı, FİFA əksər futbolsevənlərin qəbul etmədiyi qərarı verdi. Bəs sən futbolçu niyə meydana daxil olmağa e'tiraz etmirsən? Futbolçu bir yana, sən, ey dünya görmüş məşqçi, niyə o qalmaqallı oyunçunu meydana buraxırsan?
Mane'nin gözləri yol çəkirdi.
Başqa dərdi yox idi,
Qol dərdi idi dərdi,
1/8 final dərdi idi dərdi 🤔🙄
İki eyni gücə malik komandanın mübarizəsini izlədik. Xoş oldu, qol çox oldu, penalti də oldu. Sevmədiyim Qarsiyanın da yazı-pozu işi işə yaradı. Daha nə istəyirik?! 🤷♀️
Sən demə, Conatan Ta peşəkar karyerası boyunca penalti yerinə yetirməyib. Əsas məqam isə 5 yerinə yetirilən penaltidən sonra həlledici məqam olduğundan Almaniya millisinin heç bir futbolçusu top arxasına keçmək istəməyib. Yazıq Ta irəli çıxıb ki, mən vuracağam 😔🤷♀️. (BİLD)