Gördüyünüz bu oğlan Musayev Amin Alim oğludur. O bizim qəhrəmanımızdır. Amin biz evimizdə rahat oturaq deyə, qəhrəmancasına vuruşmuş və yaralanmışdır. Ermənilərin Aminə nələr etdiyini videolarda görürsünüz! O bizə görə bu dəqiqə əsirdir. Gəlin ictimailəşdirək bu məsələni!
44 gün davam edən müharibə zamanı, demək olar ki hər gün ermənilərə sübut edirdik ki, biz qalib gəlirik! Amma heç ağlıma gəlməzdi ki, tam qalib gəldiyimizdən sonra, bunu bəzi öz həmvətənlərimizə də sübut etməli olacayıq.